Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

14:02 - 11 / 04 / 2024
Bu gün Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

Tamaşaçılar Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yaxşı tanıyır.

1news.az xəbər verir ki, bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 122 il ötür.

İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb...

1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

"Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sönmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.

“Mən ki gözəl deyiləm” filmindəki poçtalyon Şərif kişi... Sadə, səmimi, insanların dərdinə şərik olmağı bacaran bir insan...

“Dəli Kür” filmində faytonçu Məmmədəli kişi... Yoxsul, mərd, milli xarakterli azərbaycanlı obrazı…

“Nəsimi” filmində böyük hürufi şair Nəimi obrazı… Mübariz, öz əqidəsinə sadiq şəxsiyyət…

Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü...

İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Paylaş:
390

Son xəbərlər

Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02Şəhid Elməddin Abbasov 30 ildən sonra dəfn olundu - FOTOBu gün, 13:57Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:41Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlərBu gün, 13:10Bu kollecdə beş ilə 90 minə yaxın pul mənimsənilibBu gün, 12:57Sürət yarışı keçirib tiktokda paylaşanlar həbs edildi - VİDEOBu gün, 12:49Mayın 26-da 49 minə yaxın abituriyent qəbul imtahanı verəcəkBu gün, 12:43Nazir: Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilirBu gün, 11:54İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:37Azərikard beynəlxalq əməkdaşlığını genişləndirirBu gün, 11:25Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandıBu gün, 11:19Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə veribBu gün, 11:07“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb - FOTOBu gün, 10:59FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilibBu gün, 10:51Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olubBu gün, 10:38Azərbaycan İnvestisiya Şirkəti Gürcüstan şirkəti ilə Birgə İştirak Müqaviləsi imzalayıbBu gün, 10:23Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklərBu gün, 10:21BŞİH əhaliyə müraciət etdiBu gün, 10:14
Bütün xəbərlər