Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Qafar Ağayev16:38 - 26 / 04 / 2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az vahid şəxsi kabineti vasitəsilə aparılacaq.

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən xəbərə görə, bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək.

Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır. Təhsilalanların elektron qəbulu prosesində ən vacib məqam rəqəmsallaşma, ölkədaxili informasiya sistemləri ilə inteqrasiya və əlçatan xidmət tələblərinə cavab verməkdir. Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.

Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi vasitəsilə əldə edə bilərsiniz.

Paylaş:
346

Son xəbərlər

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 1Bu gün, 14:24Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcəkBu gün, 12:37İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:02DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33
Bütün xəbərlər