Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Qafar Ağayev09:47 - 27 / 04 / 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.

Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.

Paylaş:
175

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilibBu gün, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidirBu gün, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 3Bu gün, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQBu gün, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyilBu gün, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilirBu gün, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyirBu gün, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10
Bütün xəbərlər