Cəfakeş həkim... | 1news.az | Xəbərlər
Köşə

Cəfakeş həkim...

13:15 - 05 / 03 / 2024
Cəfakeş həkim...

İnsanlar haqqında kecmiş zamanda danışmaq kifayyət gədər cətindir.

Həkim,boyuk pedaqoq, alim, vətəninə sadıq,dostluqda,yoldaşlıqda əvəzolunmaz böyük vətəndaş olan Şölə xanım İsmayılova haqqında danışmaq istərdik.

Ş.İsmayılova 1933-cü il mart ayının 5-də Azərbaycanın, şeir-sənət ocağı olan Qazax rayonunda anadan olumuşdur. Orta məktəbi “əla” giymətlərlə başa vuran Şölə xanım 1951-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnsitutuna daxil olub, 1957-ci ildə institutu “fərqlənmə” diplomu ilə bitirərək,keçmiş N.K.Krupskaya(indiki Ş.M.Ələsgərova) adına 5 saylı kliniki doğum evində mama-ginekoloq kimi həkimlik fəaliyyətinə başlamışdır.

1970-ci ildə musabiqə yolu ilə Tibb Instituunun II Mamalıq-ginekologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1978-ci ildə Kazan şəhəri Həkimləri Təkmilləşdirmə Institutunun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, uzun müddət Mamalıq-ginekologiya kafedrasının tədris-hissə müdiri vəzifəsini icra etmişdir.

Fəaliyyət göstərdiyi illər ərzində Ş.İsmayılova saysız-hesabsız qadınları analıq səadətinə qovuşdurub, eləcə də yüzlərlə qadını ölümün

pəncəsindən xilas etmişdir.

Şölə xanım 1961-cı ildə ali dərəcəli həkim, 2008-ci ildə isə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına laiq görülmüşdür.
Onlarla elmi məqalələrin müəllifi, "Mamalıq" və "Ginekologiya” dərsliklərinin həmmüəlliflərdən biridir.

O, nəinki cəfakeş həkim, Şölə xanım həm də peşəkar müəllim idi.Yorulmadan bilik və bacarıqlarını tələbələrinə öyrətməkdən yorulmazdı.

Ş.İsmayılova respublikamızda aparıcı ginekoloqlardan biri idi. Peşakarlığı onun bu sahədə dövlətimiz üçün bir çox ginekologiya sahəsində peşakar həkimlərimiz yetişməsində böyük rolu olmuşdur.

Gözəl həkimimizi 26.10.2023-ci ildə cismən itirdik, amma o mənəvi olaraq bizim aramızda əbədi yaşayır.

Şölə xanım sözün əsil mənasında vətənini sevən və böyük hərflərlə yazılan vətəndaş idi.

Şölə xanımın əziz xatirəsi onu tanıyanların,sevənlərin qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Anar Ağayev

Paylaş:
1374

Son xəbərlər

Bütün xəbərlər