Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Qafar Ağayev14:52 - 01 / 05 / 2024
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Mədəniyyət Nazirliyin 1news.az-a verilən məlumata görə, “Bakı Prosesi” çərçivəsində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.
Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran nazir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və hüquqi bazanın mövcud olduğunu deyib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İordaniya Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq incəsənət layihələrində İordaniya da təmsil olunur.
Adil Kərimli deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının rəhbərləri arasında mövcud olan səmimi dostluq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. Bildirilib ki, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı şahzadə xanım Dana Firas və mədəniyyət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştiraklarından məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həmrəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilatçılar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.
Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
384

Son xəbərlər

Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08
Bütün xəbərlər