Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb

15:49 - 03 / 05 / 2024
Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb

Aprel ayı üzrə xaricdə təhsil almış 399 müraciətçinin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə 1news.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 123, Türkiyədən 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çindən 8, İtaliyadan 7, Polşadan 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrədən 3, Almaniyadan 2, Əfqanıstandan 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğızıstandan 2, Avstraliya İttifaqından 1, Belarusdan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çexiyada 1, Estoniyadan 1, Hindistandan 1, İspaniyadan 1, Kiprdən 1, Koreyadan 1, Litvadan 1, Norveçdən 1, Özbəkistandan 1, Rumıniyadan 1, Şimali Makedoniyadan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.

Paylaş:
143

Son xəbərlər

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyubBu gün, 13:41Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16
Bütün xəbərlər