“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO

20:32 - 03 / 05 / 2024
“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO

Mayın 2-də Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb.

Görüşdə bildirilib ki, 5 may 2024-cü il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək Bakı Marafonunda klubun iki nəfər xarici vətəndaş olmaqla 21 üzvü “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparacaq.

Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunmuş razılığa əsasən, Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricdə təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakı Marafon Klubunun komandasının QDF-in adından “Bakı Marafonu”nda iştirak etmək təklifini yüksək qiymətləndirən Rəhman Hacıyev komandaya uğurlar arzulayıb.

Görüşdə QDF tərəfindən xüsusi dizaynda hazırlanmış qaçış üçün formalar klubun üzvlərinə təqdim olunub.

Qeyd olunmalıdır ki, ötən il olduğu kimi “Bakı Marafonu 2024”-də tərəfdaş kimi çıxış edən Qarabağ Dirçəliş Fondu Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyonla iştirak edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasını QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Fondun “Bakı Marafonu”ndakı stendi ətraf mühitin qorunmasına həsr edilib.

Paylaş:
155

Son xəbərlər

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblərBu gün, 15:30“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilibBu gün, 15:11“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyubBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblərBu gün, 14:16Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyubBu gün, 13:41Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36
Bütün xəbərlər