STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb

Qafar Ağayev12:19 - 03 / 05 / 2024
STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıb

Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan “Divan Araştırma ve Eğitim Derneği”nin nümayəndə heyəti və Nevzat Kocasaraç STM rəhbərliyi ilə görüşüb.

1news.az xəbər verir ki, Görüş zamanı STM sədri Zahid Oruc qonaqlara Mərkəzin fəaliyyəti, keçirdiyi sorğular, araşdırmalar barədə məlumat verib. Bildirib ki ki, bu günə qədər də Türkiyənin beyin mərkəzləriylə görüşlər keçirilib, əməkdaşlıqlar müzakirə olunub. O, vurğulayıb ki, birgə fəaliyyət göstəriləcək bir çox istiqamətlər var.

Mərkəz rəhbəri qeyd etdi ki, fikir və düşüncə sistemimizi özümüz inşa etməliyik. Bu baxımdan aparılan araşdırmaların, yazılan məqalələrin Türkiyə mediasında da dərc olunmasında fayda var və bu halda türk, türk dünyasına aid məsələləri gündəmdə saxlamaq mümkündür.

Zahid Oruc Vətən Müharibəsində qələbəmizin önəmindən də söz açıb. Deyib ki, qələbənin qorunması daha çox güc tələb edir və bu baxımdan əməkdaşlığa, birgə çalışmalara gərək var. Bildirdi ki, iki qardaş dövlətin informasiya və siyasi məkanlarının birləşdirilməsinə, düşüncə, fikir adamlarının daha çox tanıdılmasına ehtiyac var.

Görüşdə qurumun təmsilçisi, başqan vəkili Mərkəzin işləri, tədbirləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Mərkəz 20 ildir fəaliyyət göstərir və daha çox insan reusurslarının formalaşdırılmasına üstünlük verirlər. Eyni zamanda, insan hüquqlarıyla bağlı da ortaq çalışmaların reallaşdırıla biləcəyini söylədi. Beyin mərkəzlərinin önəmini qeyd edən qonaq əməkdaşlıqları artırmağın faydasını qabartdı.

Görüşdə bildirildi ki, iki dövlətin əlaqələrinin ən yüksək mərhələdə olduğu bir zamanda iki Mərkəzin əməkdaşlığı önəmli işlərə vəsilə ola bilər.

Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmalarda əməkdaşlıq edilsin.

Sonda “Divan Araşdırma Mərkəzi ilə ”Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Paylaş:
388

Son xəbərlər

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyubBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblərBu gün, 14:16Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyubBu gün, 13:41Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17
Bütün xəbərlər