“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO

Qafar Ağayev14:00 - 05 / 05 / 2024
“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO

Mayın 4-də Odlar Yurdu Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın təşəbbüsü və ssenari müəllifliyi ilə çəkilmiş ikinci Qarabağ şəhidi, baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü gənc şair Emil Rasimoğlu tədbiri açaraq qonaqları salamlayaraq, filmin ideyası ilə bağlı fikirlərini bölüşüb.

Ədəbiyyat adamlarının, ictimaiyyət nümayəndələrinin, Odlar Yurdu Universitetinin tələbələrinin iştirakı ilə baş tutan tədbirdə Vüsal Kazımovun ailə üzvlərindən atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazmova, yazıçı Azad Qaradərəli, Mədəniyyət Nazirliyi əməkdaşı Sevil Kərimova, yazıçı İlham Əziz, filmin ssenari müəllifi, yazıçı Çinarə Ömray, AMEA Dilçilik İnstitutunun şöbə müdiri İlham Tahirov və başqaları çıxış edib.

Daha sonra “Vüsal hicrandan acıymış” sənədli filmi tədbir iştirakçılarına təqdim olunub.

Paylaş:
595

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər