Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

09:28 - 14 / 05 / 2024
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub.

Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
171

Son xəbərlər

Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28Macar parlamentarilər Milli Məclisdə olublar17 / 06 / 2024, 17:06Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib17 / 06 / 2024, 16:34Milli Məclisin sabiq deputatı vəfat edib17 / 06 / 2024, 16:14Bakının iki rayonunda su kəsiləcək17 / 06 / 2024, 15:51Çaylardan daşqın, sel keçəcək - XƏBƏRDARLIQ17 / 06 / 2024, 14:52Ağdamda 10 tüfəng polisə təhvil verilib17 / 06 / 2024, 14:31Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb17 / 06 / 2024, 13:25Sabah 39 dərəcə isti olacaq - Proqnoz17 / 06 / 2024, 13:03Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər17 / 06 / 2024, 12:48Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb oldu17 / 06 / 2024, 12:20Son beş ayda əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlandı17 / 06 / 2024, 12:09FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO17 / 06 / 2024, 11:50Mikayıl Cabbarov tibb işçilərini təbrik edib17 / 06 / 2024, 11:11Binəqədidə Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilib - FOTO17 / 06 / 2024, 11:00Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib17 / 06 / 2024, 10:51Yağış yağıb, 37 dərəcə isti olub - Faktiki hava17 / 06 / 2024, 10:38Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıb17 / 06 / 2024, 09:40Jurnalist Sərxan Kamallı vəfat edib17 / 06 / 2024, 09:14
Bütün xəbərlər