“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Qafar Ağayev15:30 - 27 / 04 / 2024
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.


1news.az xəbər verir ki, təntənəli mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların yetişdirilməsində bu cür kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik–2024” əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələri və hərbi gəmiləri iştirak edəcək.

HDQ-nin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu müvəffəqiyyətlə bitirmiş məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib.

Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.

Paylaş:
186

Son xəbərlər

Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİBBu gün, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏBu gün, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıbBu gün, 17:03Coratda 10 aylıq körpə ölübBu gün, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunubBu gün, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilibBu gün, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTOBu gün, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşibBu gün, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olubBu gün, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat veribBu gün, 15:27İmişlidə yanğın olub - VİDEOBu gün, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəkBu gün, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunubBu gün, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilibBu gün, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİBBu gün, 13:56Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - VİDEOBu gün, 13:51
Bütün xəbərlər