“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO

Qafar Ağayev16:21 - 27 / 04 / 2024
“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.

Qeyd edilib ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.

Paylaş:
191

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcəkBu gün, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİBBu gün, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏBu gün, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıbBu gün, 17:03Coratda 10 aylıq körpə ölübBu gün, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunubBu gün, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilibBu gün, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTOBu gün, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşibBu gün, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olubBu gün, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat veribBu gün, 15:27İmişlidə yanğın olub - VİDEOBu gün, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəkBu gün, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunubBu gün, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilibBu gün, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 1Bu gün, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİBBu gün, 13:56
Bütün xəbərlər