Ölkə sərhədlərini aşan startaplarımız | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ölkə sərhədlərini aşan startaplarımız

Qafar Ağayev10:13 - 10 / 05 / 2024
Ölkə sərhədlərini aşan startaplarımız

Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar.

1news.az xəbər verir ki, son dövrlər uğurlu azərbaycanlı startaplarımızın sayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət, innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla yeni ideyaların yaranmasına və startap layihələrini inkişaf etdirməklə ölkə hüdudlarından kənara çıxarmağa dəstək olur.

Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb. Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” siyahısında yer alıb. Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb.

Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib. Bu sənəd layihələri 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr. Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş 4 qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə ümumilikdə 1 mln. manatdan çox qrant vəsaiti ayrılıb.

Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük nailiyyətləri isə qarşıdadır.

Paylaş:
181

Son xəbərlər

Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüş keçirilib - ФОТО06 / 06 / 2024, 18:19Sahibə Qafarova: Yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır06 / 06 / 2024, 17:49Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib06 / 06 / 2024, 17:42AMB xüsusi tənzimləmə rejiminə dair müraciətləri qiymətləndirməyə başlayıb06 / 06 / 2024, 17:23ANAMA və BQXK arasında mina təhlükəsi ilə mübarizə üzrə əməkdaşlıq müzakirə edilib06 / 06 / 2024, 17:18İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Rüstəmov dəfn edilib06 / 06 / 2024, 16:44Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb06 / 06 / 2024, 16:31Beynəlxalq İnvestisiya və Əmlak Zirvəsi uğurla yekunlaşdı! - FOTO06 / 06 / 2024, 16:22Avtomobil Kür çayına düşdü, 3 nəfərin axtarışları davam edir - FOTO06 / 06 / 2024, 16:12Azərbaycanın Omandakı səfiri dəyişib - Prezidentdən SƏRƏNCAMLAR06 / 06 / 2024, 16:07“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu06 / 06 / 2024, 16:05Azad edilmiş ərazilərə yeddi mindən çox keçmiş köçkün qaytarılıb06 / 06 / 2024, 15:48Prezident: Bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək06 / 06 / 2024, 15:40İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB06 / 06 / 2024, 15:29“Gusto Moderno”: Bakının mərkəzində günəşli İtaliya və Aralıq dənizinin kulinariya dünyasına səyahət – FOTO – VİDEO06 / 06 / 2024, 14:45Azərbaycan Prezidenti Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib - YENİLƏNİB06 / 06 / 2024, 14:36Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək06 / 06 / 2024, 14:28Azərbaycanda Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib - SƏRƏNCAM06 / 06 / 2024, 14:27Bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - Xəbərdarlıq06 / 06 / 2024, 13:48ADY 21-ci Xəzər Translogistika Sərgisində: modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin cəlbediciliyini artırmaqdadır - MÜSAHİBƏ06 / 06 / 2024, 13:45
Bütün xəbərlər