Azərbaycanlı gənclər İtaliyada Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər – FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənclər İtaliyada Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər – FOTO-VİDEO

22:16 - 06 / 04 / 2016
Azərbaycanlı gənclər İtaliyada Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər – FOTO-VİDEO

Bu gün İtaliyanın paytaxtı Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub.

1news.az-a təşkilatdan verilən xəbərə görə, aksiyaya qatılan təşkilatın üzvləri erməni ordusun cəbhəyanı bölgələrdə dinc sakinləri atəşə tutmasını ilə bağlı öz etirazalarını bildiriblər. Erməni ordusun Dağlıq Qarabağı tərk etməsini, eləcə də Dağlıq Qarabağ ərazisinin tamamilə Azərbaycana qaytarılmasını tələb ediblər. Aksiyada iştirak edənlər erməni yalanlarının sonladırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı şüarlar səslədiriblər.

Təşkilatın rəhbəri Fərid Abbasov bildirib ki, aprelin 7-də Ermənistan səfirliyinin önündə planlaşdırılan aksiyanın baş tutması üçün İtaliya Xarici İşlər Nazirlyinə müraciət olunub. İtaliya XİN-in təyziqlərinə baxmayaraq sabah aksiya keçiriləcək.

Gənclərimiz hər zaman Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.

Aksiyanın sonunda Dağlıq Qarabağ münaqişəsi zonasında son hadisələr zamanı şəhid olan igidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

1news.az

Paylaş:
1802

Son xəbərlər

Bütün xəbərlər