Akademik Adil Qəribov: “Metsamor AES Ermənistana sırf siyasi məqsədlər üçün lazımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Adil Qəribov: “Metsamor AES Ermənistana sırf siyasi məqsədlər üçün lazımdır”

19:43 - 13 / 05 / 2016
Akademik Adil Qəribov: “Metsamor AES Ermənistana sırf siyasi məqsədlər üçün lazımdır”

“Beynəlxalq qurumlar, o cümlədən MAQATE Metsamor AES-in böyük bir region üçün təhlükə mənbəyi olduğunu bilə-bilə, onun fəaliyyətinin dayandırılması məsələsinə göz yumurlar. Metsamor atom elektrik stansiyası (AES) Ermənistana enerji təhlükəsizliyi baxımından deyil, sırf siyasi məqsədlər üçün lazımdır”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov deyib.

Metsamor AES-in birinci enerji blokunun 1976-cı ildə, ikincisinin isə 1980-ci ildə istifadəyə verildiyini vurğulayan alim qeyd edib ki, stansiyanın istifadə müddəti 25 il üçün nəzərdə tutulub. 1988-ci ildə Ermənistanda baş verən zəlzələdən sonra Metsamor AES-in hər iki blokunun fəaliyyəti dayandırıldı. Lakin sonradan ikinci blok işə salındı. Birinci bloku isə işə salmaq mümkün olmadı. Çünki onun təmiri üçün daha çox vəsait lazım gəlirdi.

Akademik Adil Qəribov Metsamor AES-in istifadə müddəti 2006-cı ildə başa çatdığı üçün reaktorun fəaliyyətinin dayandırılması məsələsinin qaldırıldığını diqqətə çatdıraraq deyib:

“Lakin Ermənistan bu reaktoru təmir edərək onun istifadə müddətini əlavə on il artırdı. Azərbaycan dövləti Metsamor AES-in dayandırılması ilə bağlı ilk dəfə 2002-ci ildə məsələ qaldırıb. Belə ki, ölkəmiz 2001-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) üzv olduqdan sonra, 2002-ci ildə qurumun direktoru Məhəmməd əl-Baradeinin Azərbaycana səfəri zamanı ulu öndər Heydər Əliyev bu məsələni qaldırdı. Metsamor AES-in dayandırılması, onun fəaliyyətinin dəqiq təhlil edilərək Azərbaycana ətraflı məlumat verilməsini tələb etdi. Əfsuslar olsun ki, 2006-cı ildə MAQATE-nin komissiyası AES-in fəaliyyət müddətini yenidən uzatdı. Bu il həmin müddət də başa çatır. Ermənistan bu müddətin də uzadılması üçün artıq təkliflərini verib, hətta təmir işlərinin aparılması üçün kredit də alıb”.

Metsamor AES-in reaktorunun fəaliyyət müddəti başa çatdığı üçün onun istifadəsinin mütləq dayandırılmalı olduğunu deyən QSC sədri bildirib: “Yaponiyadakı “Fukusima” atom elektrik stansiyası həmin dövrdə - 1976-cı ildə özü də ən müasir yapon texnologiyaları əsasında tikilmiş reaktor olsa da, sunami nəticəsində onun istilik daşıyıcı nasosları sıradan çıxdı və reaktorda partlayışlar baş verdi. Nəticədə ətraf su hövzələri radiasiyaya məruz qaldı. Yaponiya kimi müasir texnologiyalara malik, inkişaf etmiş ölkə bu faciənin qarşısını ala bilmədisə, bəs Ermənistan kimi kasıb, ac-yalavac bir dövlət belə vəziyyət yaranacağı təqdirdə nə edəcək? Biz bilirik ki, böyük– 6-cı, 7-ci dərəcəli qəzaların qarşısını almaq çox çətindir, hətta mümkün deyil. Belə hal baş verərsə, Ermənistana heç kim kömək edə bilməyəcək. Ona görə Metsamor AES əhalinin sıx yaşadığı bu region - Qafqaz və Türkiyə üçün böyük təhlükə mənbəyidir”.

Beynəlxalq ictimaiyyətin, o cümlədən MAQATE-nin də bu təhlükədən xəbərdar olmalarına baxmayaraq, Metsamor AES-in fəaliyyətinin dayandırılması məsələsinə göz yumduqlarını vurğulayan Adil Qəribov deyib:

“Avropa İttifaqı Litvanı sıralarına üzv qəbul edərkən bu ölkədə olan və keçmiş SSRİ-də müasir sovet texnologiyaları əsasında inşa edilən İqnalina AES-in fəaliyyətinin dayandırılmasını əsas şərt kimi irəli sürmüşdü. Müqayisə üçün deyək ki, İqnalina AES-i 1985-1986-cı ildə istifadəyə verilmişdi. Metsamor isə tikintisi 1970-ci illərdə başlanan və 1980-ci ildə istifadəyə verilən reaktordur”.

Əslində Ermənistanın bu AES-dən alınan enerjiyə ehtiyacı olmadığını vurğulayan A.Qəribov qeyd edib ki, istilik elektrik stansiyaları həmin ölkənin tələbatını tam ödəyir. Deməli, Metsamor AES Ermənistana enerji təhlükəsizliyi baxımından lazım deyil. Ermənistan ondan sırf siyasi məqsədlər üçün istifadə edir. Üstəlik, ermənilər bu stansiyanın müxtəlif tullantıları ilə Azərbaycan ərazilərini çirkləndirir.

1news.az

Paylaş:
981

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər