AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

14:56 - 19 / 05 / 2016
AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus yük təyyərəsində hərbi əməliyyatla bağlı heç nə aşkarlanmayıb. Uçuş zamanı təyyarənin qanadlarından biri uçuş zolağına toxunub.

USA Today-in Associated Press-ə istinadla verdiyi xəbərə görə, bu haqda adını açıqlamayan Əfqanıstandakı Amerika hərbi komandanlığının nümayəndəsi bildirib.

Mənbənin məlumatına görə, hadisə zamanı ekipajın 9 üzvündən 7 nəfəri həlak olub. Sağ qalan 2 nəfər isə müalicə üçün Qəndahara göndərilib.

Silk Way aviaşirkətinin Əfqanıstandakı nümayəndəsi məqalə dərc olunan zaman şərh almaq üçün əlçatan deyildi, bu haqda USA Today qeyd edir.

12:50 19.05.2016

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.  

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub:

1.Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

2.Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3.Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4.Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

5.Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6.Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7.Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8.Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri  hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşübrlər.

“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

1news.az

12:20 19.05.2016

Mayın 18-də Əfqanıstanın Hilmənd vilayətində An-12 təyyarəsinin qəzaya uğramasının yeni təfərrüatları məlum olub.

1news.az-ın Aviation Herald saytında dərc olunan məlumata əsasən xəbər verir ki, şahidlərin sözlərinə görə, təyyarə uçuş zolağının cənub-qərb hissəsinin sonunda yerə düşüb. Təyyarənin hissələri isə Hilmənddə yerləşən Dvayer aeroportunun – Amerikaya məxsus keçmiş aviabazanın hüdudlarına tökülüb.

“Həmin gün aeroportun ərazisində heç bir terror aktının işarələri aşkar olunmayıb. Ekipaj iki dəfə uçuş zolağından uçmağa çalışıb. Havanın temperaturu müsbət 43 dərəcə, səma aydın və görüntü məhdudiyyətsiz idi. Qəzadan sonra aeoprort yaxınlığında qum tufanı görünüb, lakin bu, böyük ehtimalla hasdisəyə səbəb olmayıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, Dvayer bazası ilk olaraq ABŞ-ın operativ bazası olub. 2009-cu ildən hərbi-dəniz mobil tikinti batalyonu düşərgəsi olaraq genişləndilib. 2011-ci ildən baza yenilənib.

Obyekt britqaniyalı hərbçi Ceyms Dvayerin (1984-2006) şərəfinə adlandırlıb. O, Hilmənd vilayətində tankəleyhinə minaya düşərək həlak olub. Baza Hilməndin cənub hissəsində yerləşən dəniz piyadalarının iri bazasıdır.

2014-cü ildən bazanın ərazazisi əhəmiyyətli dərəcədə kiçildilərək, həmin ilin yanvarından buradakı hərbçilərin sayı 700 nəfərə endirilib. Hazırda bazanın ərazisi 1 400 akr təşkil edir.

11:26 19.05.2016

İlkin məlumata görə, Əfqanıstanda qəzaya düşən Azərbaycanın Silk Way şirkətinə məxsus An -12 təyyarəsinin üzvləri arasında sağ qalanlar var.

1news.az xəbər verir ki, qəza zamanı təyyarə heyətindən 2 nəfərin sağ qaldığı ehtimal olunur. İlkin məlumatlara görə ağır zədə alan ukraynalılar xəstəxanaya gətirilib.

Aviaşirkətdə bu məlumatı təsdiqləmək mümkün olmayıb.

Xatırladaq ki, arendaya götürülən təyyarə heyəti beynəlmiləl idi. Onun tərkibinə Özbəkistan vətəndaşı ( kapitan), 3 ukrayna vətəndaşı və 5 Azərbaycan vətəndaşı var idi.

Qafgazinfo saytı  öz mənbələrinə istinadən təyyarə heyətinə daxil olan 4 üzvün- 4 nəfər Azərbaycan vətəndaşı ( 1-nin adı göstərilməyib) və 1 nəfər Özbəkistan vətəndaşının adını qeyd edib.

- Rəşid Şaydanov ( komandir)

- Altay Abdullayev (II pilot)

- Nadir Rzayev (mexanik)

- Nazim Əsədullayev ( şturman)

- Firdovsi Əliyev (rabitəçi)

Qeyd edək ki, Əfqanıstanın Gilmənd əyalətində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsi qəzaya uğrayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından verilən xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb.

Əlavə  məlumatlar komissiya tərəfindən KİV-lərə veriləcək.

Heyyət üzvlərinin fotosu- təyyarə olan Azərbaycan vətəndaşları, şəkillər mənbə tərəfindən təqdim olunur. ( adlar dəqiqləşdirilməyib)

22:10 18.05.2016

Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

1news.az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından verilən xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” - deyə, qeyd edilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb.

Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Qeyd edək ki, An-12 – sovet dördmotorlu hərbi-nəqliyyat və yük təyyarəsidir. O.K.Antonov tərəfindən ixtira olunub.

1news.az

Fotoda müxtəlif ölkələrin An-12 təyyarələridir.

Paylaş:
5445

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər