Balaca Selcanın həyatı təhlükədədir. “Elə bildim torpaq ayağımın altından qaçdı və dünya başıma yıxıldı...” – FOTO
Balaca Selcanın 4-cü doğum günü onun ailəsi, eləcə də özü üçün sayım nöqtəsinə çevrilib. Valideynləri və yaxınları Allahdan Selcanın tezliklə sağalmasını diləyirlər.
Məsələ burasındadır ki, məhz doğum günündə uşaq özünü pis hiss etməyə başlayıb, ayağında ağrılardan, halsızlıqdan şikayət edib.
Atasının sözlərinə görə, həmişə fəal olan uşaq o gün qucaqdan düşmək istəməyib. Selcanın valideynləri uşağın sadəcə olaraq yorulduğunu güman ediblər.
Lakin üstündən 1-2 gün keçdikdən sonra Selcanın halının yaxşılaşmadığını və bunun üzərinə iştahasının da zəifləməsəni görən uşağın atası Muradov İlkin Famil oğlu dərhal həkimə müraciət edib. Sahə həkimi ilk olaraq revmatizmlə bağlı analiz verməyi məsləhət görüb.
Analizin nəticələrinə əsasən, uşaqda revmatizm aşkar edilməyib. Bundan sonra isə uşağın ümumi qan analizi aparılıb.
Səhər tezdən təcili klinikaya çağrılan Selcanın atasına analizin nəticəsi deyilir: qanda hemoqlobinin kəskin aşağı düşməsi fonunda leykositlərin sayı normadan 9-10 dəfə artıqdır.
Valideynlər, daha dəqiq qan analizinin edilməsi üçün, dərhal uşağı Hematologiya və Transfuziologiya İnstitutuna aparıblar.
Burada Selcan müayinədən keçib (həmçinin sümük iliyi müayinəsindən) sonra isə Muradovlar ailəsini sarsıdan diaqnoz açıqlanıb: kəskin mielomonoblast leykozu (M4).
Bu xəbəri eşitdikdə İlkin Muradova elə gəlib ki, sanki torpaq ayağının altından getdi və dünya başına yıxıldı. Lakin ailə başçısı özündə güc taparaq təcili sürətdə nə isə bir əlac tapmalı olduğunu qərar edib. Çünki bu diaqnoz təcili və qəti qərarlar tələb edir.
Təyyarə biletlərinə lazım olan məbləği toplayan valideynlər Selcanla birlikdə avqustun 31-i İstanbula üz tutublar. Onlar artıq Şişli Memorial Hastanesi-dədirlər.
Burada uşaq Hematologiya şöbəsində təkrar müayinədən keçəcək, sonra isə zəruri prosedurlar və müalicə metodu müəyyən ediləcək.
Qayda olaraq, bu hallarda bir neçə kimya-terapiya kursu təyin edilir, remissiyaya nail olduqdan sonra isə - sümük iliyinin köçürülməsi həyata keçirilir.
Balaca Selcanı 2 ildən 5 ilədək uzanacaq müalicə gözləyir, buna lazım olan məbləğ isə 80 min ABŞ dolları civarındadır...
“Selcan ailənin yeganə uşağıdır. Ailə işğal altında olan Füzuli rayonundan məcburi köçkündür. Ailənin maddi vəziyyəti yaxşı deyil və hal-hazırda ailədə iki nəfər işləyir: Selcanın babası və anası. Bu hadisə onlar üçün əsl faciədir. Selcanın atası yeganə və sevimli qızının sağalması üçün hər şeyə hazır olduğunu deyir. Lakin müəyyən bir məbləği əldə etmək üçün satacaqları bir şeyləri də yoxdur. Əlbəttə ki, biz dostlarla müəyyən məbləğ toplayacayıq, lakin... bizə də kömək lazımdır. Vətəndaşlarımızın köməyi”, - deyə İlkinin dostu qeyd edib.
Möcüzəyə inananda və onun reallaşması üçün əlindən gələni edəndə, möcüzə baş verir. Leykoz – son deyil, özü də yadığımız müasir dövrdə.
Uşağın valideynləri gündüz-gecə balaca Selcanın sağalması üçün dua edirlər. Onun yenidən sevincli və gümrah olmasını arzulayırlar. Əgər hər birimiz 1-2 manatını bu xeyir əmələ yönəltsə uşağın sağalmaq,yaşamaq şansı olacaq.
Balaca Selcanın cəmisi dörd yaşı var və növbəti doğum gününü keçirməyi çox istəyir.
Selcanın atası bizimlə əlaqə saxlayaraq hal-hazırda uşağa təcili qan lazım olduğunu bildirib.
Xatırladaq ki, Selcan İstanbulun Şişli Memorial Xəstəxanasındadır.
Türkiyə standartları ilə ona A (+) pozitiv, Azərbaycan standartları ilə isə A (II) RH+ qan tələb olunur.
Sizdən xahiş edirik uşağın bu arzusuna vəsilə olasınız.
Aşağıda lazımi tibbi sənədlərin skrini və bank rekvizitlərini təqdim edirik:
MilliOn ödəmə terminalları vasitəsi ilə ödəniş üçün: Dəmir Bankı seçirsiniz, 37-70368219-9 kodunu daxil edirsiniz və istənilən məbləği hesaba yatırırsınız.
Bundan əlavə Accessbank-da qızın atasının adına hesab açılıb: Az77ACAB00260200000000419978
AZ86ACAB00210300000000419976 – Euro
AZ82ACAB00001005242000015189 - USD
AZ44ACAB00001005241000006886 - AZN
Allah etdiyiniz xeyir əməlin əvəzini versin!
Əlaqə telefonları: Muradov İlkin (Selcanın atası) - (055) 313-33- 03 – hazırda Türkiyədədir
Türkiyədə əlaqə saxlamaq üçün: +905368826188.
Famil Muradov (Selcanın babası) – (055) 662- 98- 09, (051) 696-38 - 09
1news.az