Heydər Əliyev Fondundan tanınmış rejissora dəstək - VİDEO
Şahin Zəkizadənin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
1news.az xezerxeber-ə istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin sağlıq durumu yaxşılığa doğru dəyişir. Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə hazırda xəstəxanada rejissorun müalicəsinin davam etdirildiyini deyir.
Maddi sıxıntısı olan rejissorun müalicəsinin ilkin mərhələsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Ailə üzvləri ilə yanaşı sənət dostları da rejissorun dar günündə onu tək buraxmırlar.
Tanınmış rejissorun müalicəsi hazırda Tibb Univeristetinin Tədris-terapevtik korpusunda davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik:
Cəmil Abbasov