BSU-da Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

BSU-da Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək

15:18 - 15 / 09 / 2016
BSU-da Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək

Azərbacanda ilk dəfə olaraq Bakı Slavyan Univesitetində  (BSU) Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək. Hələlik fənn bakalavr pilləsinin yuxarı kursları üçün nəzərdə tutulub.

Məlum oduğu kimi, siyasi antropologiya Qərbin müasir siyasi elmində ən aktual intizamdır və mötəbər ənənələrə malikdir. Postsovet məkanı üçün bu intizam yeni və az tanınandır. Hətta humanitar meyilli Rusiyanın aparıcı universitetlərində siyasi antropologiya kursunun tədrisi son 10-15 ilə aiddir. Belə ki, ABŞ, Kanada və Avropanın aparıcı elmi mərkəzlərində siyasi antropologiya bir çox elmi araşdırmaların, dissertasiyaların, məqalə və monoqrafiyaların predmetinə çevrilib.  

1news.az-ın verdiyi xəbərə görə, Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bunu təhsil sahəsində proqressiv addım kimi dəyərləndirib: 

“Biz hamımız dərk edirik ki, müasir dünyada gedən siyasi proseslərin dərk edilməsi üçün beynəlxalq münasibətlərlə əlaqəli olan vacib intizamları dərindən öyrənmək lazımdır. Bu mənada siyasi antropologiya fənni xüsusi maraq və əhəməiyyət kəsb edir. Müvafiq intizamların sistemli öyrənilməsi hadisələri xaricdən göründüyü kimi deyil, onların geosiyasi və etniksiyasi proseslərini kompleks dərk edilməsinə imkan verəcək.

Siyasi antropologiya bütün lazımi intizamları – tarix, etnik psixologiya və politologiyanı özündə birləşdirərək hər bir xalqın, eləcə də Azərbaycan xalqının istər beynəlxalq, istərsə də ənənəvi siyasi vəziyyətini obyektiv qiymətləndirməyə imkan verir. İstənilən xalqın siyasi xarakteristikası ona xarici təsirin əsas hissəsi olmaqla geosiyasi qatları daha dəqiq görməyə imkan verir. Azərbaycanda humanitar elmlər sahəsində müasir nailiyyətlərin tətbiq edilməsi məsələsi dəfələrlə qaldırılıb. Xüsusən də bu sahədə akademik Ramiz Mehdiyevin çağırışlarını qeyd etmək olar. O, haqlı olaraq hesab edir ki, dünya elmi tərəfindən təsdiq edilmiş müasir intizamların tətbiqi olmadan universitet səviyysində humanitar elmlərin təbliğ edilməsinin keyfiyyətini yüksəltmək və siyasi proses və tarixi reallıqları düzgün dərk etmək mümkün olmayacaq”. 

Professor həmçinin qeyd edib ki, kurs çərçivəsində tələbələr siyasi antropologiya və onun nailiyyətləri ilə bağlı lazımi məlumatları əldə edəcəklər. Əsasən də, prioritet məsələ kimi Azərbaycan xalqının siyasi antropologiyasına xüsusi diqqət ayrılacaq. 

M.Əliyev universitetin rektoruna bu maraqlı təşəbbüsün həyata keçməsi üçün minnətdarlığını bildirib:

“Minnətdarıq ki, Nurlanə xanım Əliyeva bu məsələyə müsbət yanaşdı və siyasi antropologiyanın tədris edilməsi üçün lazımi, eləcə də texniki vəsaitlərin təmin edilməsində yardımçı oldu. Həmçinin o, kafedramıza siyasi elmlər sahəsində tədrisin səvviyyəsinin yüksəldilməsi üçün yeni təkliflərlə bağlı çıxış etməyi göstəriş verdi”.

Siyasi antropologiya kursunu BSU-nun Beynəlxalq əlaqələr və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov tədrid edəcək. E.Əmirovun elmi işi Azərbaycan xalqının siyasi antropologiya məsələlərinə həsr olunub.

1news.az

 

Paylaş:
1240

Son xəbərlər

“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17
Bütün xəbərlər