NASA məsələsi yalan çıxdı? “Mələk beyni”-nin “yaradıcısı” Kənan Əhmədli fırıldaqçılıqda şübhələnir – FOTO – VİDEO
Ötən günlərdə Azərbaycan KİV-ləri, guya NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşan Kənan Əhmədli adlı gənc haqda məlumat veriblər.
Qeyd edilən kimi, belə dəvət üçün səbəb K.Əhmədli tərəfindən yazılmış “Mələk beyni” əsəri olub.
Bəzi təfərrüatları o, “AZƏRTAC”-a video-müsahibəsində açıqlayıb.
K.Əhmədlinin sözlərinə görə, “Mələk beyni” adlandırdığı “elmi konsepsiya” “proqramlaşdırmanın və fiziologiyanın istifadəsi ilə” hazırlanlıb və “astral səyahətlər mövzusuna toxunur”.
“Azərbaycanlı istedad” haqda xəbər hətta ABŞ səfirliyinin diqqətini çəkib və səfirlik öz Facebook-səhifəsində bu haqda xəbəri paylaşıb.
Buna baxmayaraq, Kənanın uğuruna hamı inanmadı.
Məsələn, Turxan Qarışqa adlı bloqqer öz səhifəsində “gənc ixtiraçı”-nın hekayəsindəki uyğunsuzluqlar haqda bölüşüb.
T.Qarışqanın apardığı araşdırma Kənanın adı fırıldaqçı olduğuna dəlalət edir.
“Bu oğlan NASA-da praktika keçəcəyini iddia edir, lakin qurumun rəsmi səhifəsində bizim bölgənin gəncləri üçün belə proqramlar haqda məlumat yoxdur
Bundan əlavə, Kənan prakitkanı Nyu-York şəhərində keçəcəyini deyir, lakin orada NASA-nın yeganə Goddard institute for space studies institutu var, o da iqlim dəyişkliklərini öyrənir.
O isə robototexnika üzrə praktika keçəcəyini deyir, lakin belə praktikanı yalnız Kaliforniyanın Jet propulsion lab institutunda keçirlər”, - deyə Turxan qeyd edir.
Bu yeganə ittiham deyil, sosial şəbəkələrdə bununla bağlı əsl polemika sürür.
Həmçinin, bəzi istfadəçilər skeptikləri qeyri-vətənpərvərlikdə və öz yurddaşlarının uğurlarına sevinə bilməməkdə günahlandırmağa macal tapıblar.
ABŞ səfirliyi isə, qeyri-dəqiq məlumatın öz səhifəsindən silinməsi üçün əlavə faktlar istəyib.
Buna cavab olaraq, Türkiyədə olan Kənan Facebook-səhifəsində ona gələn suallara şərh və cavablar yerləşdirib. Sosial şəbəkə istifadəçilərindən biri NASA-nın dəvət məktubunu göstərməyi xahiş edib.
Öz cavabında Kənan kiməsə nə isə sübut etmək məcburiyyətində olmadığını bildirib.
“Bir həftə və ya ay sonra Kaliforniyada, Nyu-Yorkda, NASA-da selfi çəkdirdiyimdə bunu mənim sözlərimin sübutu kimi qəbul edərsiniz”, - deyərək, o konkret suallardan qaçıb.
Onun sözlərinə görə, vaxtı ilə Tesla, Eynşteyn və digər dahilərə də lazımi qiymət verilməyib.
Kənan hətta, guya bu yaxınlarda işıq üzü görəcək kitabının şəklini də paylaşıb.
Lakin daha əvvəl gənc səbəbini göstərməyərək “la bilsin ki, bir daha əlaqəyə girməyəcəyini” deyib.
1news.az bu məsələni diqqət mərkəzində saxlayacaq.
Biz həmçinin əlavə məlumat üçün NASA-ya da müraciət etmişik.
1news.az