Xoşqədəmin “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal böyüyür | 1news.az | Xəbərlər
Cəmiyyət

Xoşqədəmin “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal böyüyür

13:44 - 14 / 11 / 2016
Xoşqədəmin “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal böyüyür

Teleaparıcı Xoşqədəm Hidayətqızının müəllifliyi ilə ötən illərdə ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin kadrarxası görüntüləri yayılıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, meydan.tv-nin yaydığı görüntülərdə veriliş müəllifinin qonaqlara necə davranmalı, necə danışmalı olduğu barədə direktivlər verdiyi, proqrama Rusiyadan gətirilən yaşlı bir kişinin ayaqlarından xərəyə bağlatdırıldığı və bu kimi bəzi məqamlar əksini tapıb.

Yayılan videomaterialla bağlı lent.az-a açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) deyib ki, onlar bu görüntülərə şərh verə bilməzlər. Qurumun Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, əgər o görüntülər efirdə getməyibsə, MTRŞ bununla bağlı şərh verə bilməz:

“MTRŞ ancaq efirə cavabdehdir, efirarxası baş verənlərə yox”.

Qalmaqallı görüntülərin əsas qəhrəmanı Xoşqədəm Hidayətqızı isə ötən gün meydan.tv-yə verdiyi açıqlamada ATV kanalının rəhbərliyini günahlandırıb. O bildirib ki, telekanalda yayımlanmış bütün verilişlər barədə rəhbərliyin məlumatı olub. Hazırda isə Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bu çəkilişlərin aparıldığı və verilişin yayımlandığı ATV kanalından isə Lent.az-a bildirilib ki, yaxın saatlarda məsələ ilə bağlı geniş açıqlama yayacaqlar.

Bütün bu kadrların və açıqlamaların fonunda isə oxucunu, tamaşaçını və ictimaiyyəti düşündürən bir vacib sual öz cavabını gözləyir: Telekanallarda çəkilən verilişlərin bütün – kadrönü və arxası məqamları həmin kanalın arxivində saxlanılır. O zaman bir KİV-in efir üzü görməmiş məhsulu başqa bir KİV-in əlinə necə keçib?

Suallar açıq qalır...

1news.az

Paylaş:
1202

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər