Azərbaycana süni yumurta gətirilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana süni yumurta gətirilib – VİDEO

20:25 - 21 / 11 / 2016
Azərbaycana süni yumurta gətirilib – VİDEO

Artıq bir müddətdir ki, Çində istehsal olunan süni yumurtalar Azərbaycan bazarına da yol açıb. yumurta ilə tanış olan istehlakçılar isə bununla bağlı sosial şəbəkədə həyəcan təbili çalır.

Belə ki, məhsulu əldə edən istehlakçı onun qaynadılma prosesindən sonrakı vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan göründüyü kimi, yumurta qaynadıldıqdan sonra onun sarısı rezin formada olur və hissələrə bölünmür.

Qeyd edək ki, mütəxəssislər bildirir ki, saxta yumurtanın qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

“Qafqazinfo” süni yumurtanın insan orqanizmi üçün mənfi təsirlərini araşdırıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur: “Sadəcə istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə isə, Çinin istehsal etdiyi kənd təsərrüfat, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar hər hansı dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin ki, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: “Onsuz da Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə təəssüf ki zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vurğulayıb ki, azad bazar iqtisadiyyatı olduğuna görə sahibkarlar onlara yaradılmış şəraitdən gen-bol istifadə edərək istehlakçıların hüquqlarını pozurlar: “Dəfələlərlə bildirmişəm ki, bazar sürətlə çirklənir. Bu çirklənmə insanların həyatında mənfi izini qoyacaq. İki ildən sonra dövlət orqanları istəsələr belə bazarı tənzimləyə bilməyəcəklər.

Süni yumurtanın da Azərbaycana gətirilməsi isə istisna olunmur. Lakin hələ ki onun nümunəsini bizim ofisə gətirən olmayıb. Ancaq təbii yumurta istehlakçılarına bildirmək istəyirəm ki, hər bir yumurtanı markalamaq lazımdır. Yumurtanın üzərinə istehsalçı şirkət və məhsulun istifadə olunma tarixi yazılmalıdır. Çox yaxşı haldır ki, yalnız Hacıqabul quşçuluq fabriki malın üzərinə “Hacıqabul” yazır. Markalanma istehlakçılara süni yumurta ilə təbii yumurtanı ayırmağa kömək göstərə bilər. Təbii ki, süni yumurtanın insan orqanizmi üçün heç bir faydası yoxdur. Laborotoriyalarda isə süni yumurtanın zərərlərini araşdırıb ictimaiyyətə çatdırmaq mümkündür”.

“Qafqazinfo” İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə də əlaqə saxlayıb. A. Əliyev bildirib ki, nazirlik istehlak bazarında belə faktla qarşılaşmayıb:” Ümumiyyətlə isə, süni yumurtanın Azərbaycana idxal olunması ilə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hər hansı müraciət daxil olmayıb”.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

Qafqazinfo

Paylaş:
1335

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər