Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançı mediaya müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançı mediaya müraciət etdi

10:51 - 06 / 12 / 2016
Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançı mediaya müraciət etdi

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra mediaya müraciət edib.

1news.az xəbər verir ki, o, sosial mediada yazdığı müraciətində aşağıdakıları qeyd edib:

“Əziz dostlar, hörmətli media nümayəndələri! Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik. Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.

Sizdən xahiş edirəm ki, mənim icazəm olmadan ailəm barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.

Mənim ailəm – mənim şəxsi həyatımdır. Bu mövzuda mediaya heç bir açıqlama vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuatın etik qaydalarına riayet edəsiniz.

Təşəkkür edirəm!”.

Xatırladaq ki, Z. Cavadlı ilə bağlı xəbər dünən yayılıb. Xəbərdə bildirilir ki, gimnast 1 il əvvəl Qəbələdə tanış olduğu Əl Məktumla ailə həyatı qurub. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib.

1news.az

Mövzu ilə əlaqədar

Zeynəb Cavadlı ərəb şeyxinə ərə gedib - FOTO - VİDEO

Paylaş:
1543

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər