Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib

12:41 - 26 / 12 / 2016
Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib

Milli Məclisin deputatı Astan Şahverdiyev ictimaiyyət tərəfindən rezonans doğuran ifadəsinə aydınlıq gətirib.

Belə ki, yaxın günlərdə millət vəkili Astan Şahverdiyev “Azadlıq Radiosu”na müsahibə verib. Müsahibə zamanı Biləsuvarda dekabrın 22-də baş tutmuş aksiya iştirakçılarını “narkoman və əyyaş” adlandırıb.

Aksiyanın səbəbi 20 min sakinin yaşadığı 11 qəsəbədə işıqların tez-tez kəsilməsi olub. 

“Onlar arasında əyyaş və cəmiyyətin digər tullantıları da var” – deyə “Azadlıq Radiosu” deputatın sözlərini sitat gətirir.

Daha sonra deputat Rusiyaya qazanc dalınca gedən azərbaycanlılar haqda qeyd edib ki, onlara görə bütün xalq haqqında mənfi fikir formallaşır:

 “Bilirsiniz səbəb nədir? Mən bu məsələni araşdırmışam. Bilirsiniz Rusiyaya kimlər gedir? Cəmiyyətin “otxod”ları gedir”.

Bu müsahibə Azərbaycan ictimaiyyəti arasında mənfi reaksiyaya səbəb olub. Bununla bağlı deputat təəssüflə bildirib ki, bu kobud ifadəni işlətmək istəməzdi (Modern.az-ın sitatı): 

“Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb”.  

Astan Şahverdiyev bildirib ki, Biləsuvarda baş verən hadisə ilə bağlı “Azadlıq Radiosu”ndan ona zəng ediblər:

“Oradakı yaralı polisləri gördükdən sonra stres keçirdim. Bu vaxt mənə zəng etdilər. Mən insanları təhqir etmək istəməzdim”.

“Mən Avropada, Rusiyada elə sahibkarlar tanıyıram ki, onlar Azərbaycan xalqını yüksək səviyyədə təmsil edilər. Digər tərəfdən də etiraf edək ki, xalqımıza layiq olmayan tərzdə də təmsil olunuruq. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, “sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”, - deyə deputat bildirib.

Bununla yanaşı o, etiraf edib ki, düzgün ifadə işlətməyib:

“Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. İndi mənim ünvanıma yazırlar ki, “Astan Şahverdiyev Azərbaycan üçün nə edib?”. Demək istəyirəm ki, mən elmi sahədə Azərbaycanı bütün Avropaya tanıtmışam. Mənim iştirak etdiyim seminarlar, toplantılar və Avropa Birliyilə yerinə yetirdiyim layihə sübut edir ki, mən bu xalqa nə cür bağlıyam. Bunlar çox da döşlərinə döyməsinlər. Mən elmi fəaliyyətimi davam etdirmək üçün 1993-cü ildə İstanbula getməliydim, amma rayon işğal olunduğuna görə getmədim”.

Qeyd edək ki, deputatın modern.az-a şərhlərinin həqiqliyini 1news.az-ın müxbirinə onun köməkçisi təsdiqləyib.

1news.az

Paylaş:
1454

Son xəbərlər

Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00
Bütün xəbərlər