Maral göldə kef məclisi təşkil edənlər cəzalandırılacaq - Nazirlikdən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Maral göldə kef məclisi təşkil edənlər cəzalandırılacaq - Nazirlikdən açıqlama

15:45 - 15 / 01 / 2017
Maral göldə kef məclisi təşkil edənlər cəzalandırılacaq - Nazirlikdən açıqlama

“Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb. Görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar”.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilin.

Nazirlikdən bildirilib ki, bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib:

“Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə  müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.

Aparılan araşdırma zamanı o da müəyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər:

“Yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənarlığa görə onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək”.

1news.az

Paylaş:
1029

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər