Pirallahıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO

11:49 - 20 / 01 / 2017
Pirallahıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib – FOTO

Pirallahı rayonunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanların iştirakı ilə geniş anım tədbiri keçirilib.

1news.az-ın məlumatına görə, Pirallahı məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlanan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun idarə və müəssisə rəhbərləri, pedaqoji kollektivlərin üzvləri, məktəblilər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Pirallahı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov qeyd edib ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Bildirilib ki, xalqın ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə hadisələrə siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

H.Şikarov vurğulayıb ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunublar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər verib. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaq.

“Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin üzvü İntiqam Atakişiyev həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifələr yazdıqlarını, xalqın milli azadlığına, müstəqilliyinə yol açdıqlarını bildirib. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, eyni zamanda Pirallahı rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edən İ.Atakişiyev azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

Daha sonra anım tədbiri Pirallahı məktəbləri şagirdlərinin ifasında ədəbi-bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı xəsarət alan, Pirallahı sakini olan əlillərə maddi yardım göstərilib.

1news.az

 

Paylaş:
1865

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər