Ağsu aşırımında böyük təhlükə: yol bağlandı - FOTO
Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükəli vəziyyət yarandığı üçün əsas yol bağlanıb.
1news.az AzərTAc-a istinadən xəbər verir ki, yola xidmət edən 16 nömrəli “Yol İstismar” MMC-dən bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür.
Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar “Azəravtoyol” ASC-dən mütəxəssis dəvət olunub.
Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər.
Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.
1news.az