“Qəzalı vəziyyətdə olan binada dözülməz şəraitdə yaşamağa məcburuq...” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qəzalı vəziyyətdə olan binada dözülməz şəraitdə yaşamağa məcburuq...” – FOTO

15:06 - 06 / 02 / 2017
“Qəzalı vəziyyətdə olan binada dözülməz şəraitdə yaşamağa məcburuq...” – FOTO

Bakının Nərimanov rayonu, Mayakovski 8/9 ünvanında yaşayan sakinlər redaksiyaya müraciət edib.

Sakinlərin məktubundan aydın olur ki, bina qəzalı vəziyyətdədir və burada yaşamaq dözülməzdir.

“Yaşadığımız şəraiti sözlə ifadə etmək çətindir”, - deyə bina sakinləri məktubda qeyd edib.

Bizə göndərilən şəkillərdən də aydın görünür ki, binanın divarları sökülüb, tavanları sallanır, hər tərəfdən elektrik naqilləri asılıb...

Sakinlərin sözlərinə görə, hələ 2014-cü ildən bununla bağlı şikayət etməyə başlayıblar, lakin...

“Problemlərimiz bir qurumdan digərinə ötürülürdü. Cavabında isə məktublarımızla bağlı lazımi tədbirlərin görüləcəyini qeyd edirdilər. Ən pis halda isə heç bir cavab vermirdilər. Prezidentin saytında müraciət edəndə isə binaya komissiya göndərdilər. Müxtəlif qurumlardan olan əməkdaşlar buraya gəldilər, baxdılar, heyfisləndilər və... bir qədər gözləməyi tövsiyə etdilər.

Nəyi gözləyək? Nəmişlikdən qısaqapanma baş versin və yanğın olsun? Və ya hansısa tir parçası kiminsə başına düşsün? Gözləməkdən yorulmuşuq. Eləcə də qorxu içində yaşamaqdan da”, - sakinlərdən biri Oqtay Əmirquliyev bildirir.

Bu ev ailəvi yataqxana olub. Ötən əsrin 30-cu ilərində tikilib. Zamanlar yataqxananın bir hissəsi məcburi qaçqınlara verilib. Və hazırda burada 20 ailə yaşayır.

“Bu məsələ ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olub ki, bu quruma da sakinlər dəfələrlə müraciət edib. Bir deyin görək, nə zamana qədər gözləyək, ölənə qədər? Bu məmurlar qısa zamanda belə bu şəraitdə yaşaya bilərmi? – həmsöhbətimiz ədalətlə hiddələnir.

Ümid edirik ki, səsimizi eşidəcəklər...

Fotolar vəziyyəti açıq surətdə söyləyir.

Cavab axtarışında

Vəziyyətlə bağlı FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov şərh verib:

“FHN-in səlahiyyətlərinə bu və ya digər binanın vəziyyətinə ekspert qiyməti verilməsi, eləcə də buraya tövsiyələr daxildir. Binanın ümumi olaraq köçürülməsi yeganə çıxış yolu deyil. Bəzi hallarda ümumi təmirlə nəticələnmək olar. Ekspert qrupunun bütün tövsiyələrini binanın yerləşdiyi rayonun İcra Hakimiyyətinə göndəririk.

Məhz İcra Hakimiyyəti orqanları binanın təmir və ya sökülməsi, eləcə də sakinlərin evlə təmin edilməsilə bağlı məsələni həll etməlidir. Bu tövsiyələrin icrası ilə bağlı FHN ona görə məşğul olmur ki, bu, nazirliyin səlahiyyətinə aid deyil. Rayon İH-i birbaşa olaraq Bakı şəhər İcra Hakimiyyətinə tabedir. Bu orqan isə Nazirlər Kabinetinə tabedir. Sakinlərin məsələsinin həli ilə bağlı aiddiyyatı rayonun İcra Hakimiyyəti məşğul olmalıdır”.

Həmçinin Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsilə danışdıq. İctimai-siyasi və humanitar məsələlərlə bağlı söbə müdiri Hüseyn Cəfərov bildirib ki, bu binanın sakinləri onlara dəfələrlə müraciət edib.

Onun sözlərinə görə, Nərimanov rayonu ərazisində 219 qəzalı ev var. Eləcə də Mayakovski 8/9 ünvanında yerləşən binada buraya aiddir.

Bu bina ilə Nərimanov İH-dən bildirdilər ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Vətəndaşlar bilməlidir ki, binanın sökülməsi və ya təmiri ilə bağlı İH maliyyə yarıdımı ayırmır.

Həmçinin H.Cəfərov Nazirlər Kabinetinin ötən il qəbul etdiyi qəzalı vəziyyətdə olan evlərlə bağlı 86 saylı qərar haqqında  bildirib:

“Binanın sökülməsi üçün sərmayədar şəklində şirkət olmalıdır. Məhz həmin şirkət bina sökülərsə sakinlərin yeni yaşayışla təmin edilməsi üçün vəsait verilməsilə məşğulı olacaq. Həmin binanın tikintisindən sonra sakinklərə yeni evdə mənzil verilməlidir. Bu cür şirkətlər İcra Hakimiyyətinə müraciət edir. Biz isə öz növbəmizdə sökülməsi lazım olan binanı tösiyə edirik. Həmin binanın yerində yenisinin tikilməsi üçün hansısa şirkət bizə müraciət edərsə bu təklifləri dəyərləndirəcəyik. Təəssüf ki, bu təkliflə bağlı müraciət edən olmayıb”.

“Beşillik gözlənti” artıq başlayıb              

Xatırladaq ki, 2016-ci ilin fevralın 25-də Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail,  Pirallahı və Xəzər rayonlarının yaşayış fondunun inkişafı ilə bağlı göstərişlər verilib.

Daha dəqiq, Suraxanıda - 63, Nəsimidə - ­226, Xətaidə -99, Nərimanovda -219 , Nizamidə131, Yasamalda - 18, Səbaildə - 41 və Pirallada 297  evdən söhbət gedir. Söküntü ilə bağlı XIX əsr və XX əsrin 50-60-cı illərində olan tikililərə aiddir.

Qeyd edək ki, Azərbaycan hökuməti binanın söküntüsü ilə bağlı yeni təzminatların ödənilməsi qaydasını hazırlayıb. Yeni qərara görə, hər kvadratmetrə görə standart 1500 manat ödənişi təxirə salınıb. Sökülən binaların sakinlərin üçün digər güzəştlər nəzərdə tutulub.

Yaşayış fondunun inkişafı ilə bağlı proqram beş il üçün hesablanıb. Buna görə azad edilmiş ərazilərdəki sakinlərin köçürülməsi məsələsi beş il müddətinə tamamlanmalıdır.

Ümid edirik ki, bu müddət ərzində öz əsaslarında güclə dayanan bina tab gətirə biləcək.

Sonda isə,  Nərimanov rayon İcra Hakimiyyəti nümayəndəsi “Bu müddət ərzində sərmayədar tapılmazsa nə baş verə bilər? sualına təəsüüflər olsun ki, cavab verilmədi...

1news.az

Paylaş:
1638

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər