DAA əsirlərimizlə bağlı beynəlxalq təşkilatlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DAA əsirlərimizlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

10:46 - 05 / 07 / 2017
DAA əsirlərimizlə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Bugün Dünya Azərbaycanlıları Assambleyası (DAA)  beyneəlxalq təşkilatlara, beynəlxalq insan haqları qurumlarına “insan haqları ilə bağlı həyacan təbili” başlığı altında müraciət ünvanlayıb.

1news.az-a Dünya Azərbaycanlıları Assambleyası mətbuat xidmətindən verilən xəbərə görə, BMT İnsan haqları Komitəsi, ATƏT Parlament Assambleyası İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Kommissarı , Avropa Paramenti , Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç başda olmaqla  20-yə yaxın quruma Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət ünvanlayıb. 

Müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq birliyin Azərbaycan əraziləri kimi tanıdığı bölgədə 3 azərbaycanlı əsir götürülüb. Əsirlərdən biri sonradan öldürülsə də, digər iki nəfər ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin tanınmamış respublikanın məhkəmə orqanlarında çəkilmiş videoları, fotolarından  hər iki şəxsin üzlərində mənəvi və fiziki işgəncələrin izləri açıq görünməkdədir.

Əsirlərin ailələrinə verdikləri məlumatlara görə yazılan məktublarda hər iki əsirin səhəttində ciddi problemlər, həyati problemlər mövcuddur.

Məsələnin ciddiyyətini nəzərə alaraq beynəlxalq humanitar hüququn müharibə zamanı mülkü səxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının müddüəlarının tətbiq edilməsində yardımçı olmanızı sizdən rica edirik”.

Müraciətdə həmçinin Ermənistan hakimiyyətinin əsirlərin durumunun ağır olması ilə bağlı müraciətlərə qeyri-ciddi yanaşması nəticəsində hər iki əsirin səhhətindəki problemlər ağırlaşıb. Beynəlxalq təşkilatlardan təcili tədbirlər görərək hər iki əsirin durumlarının yaxşılaşdırılması, eyni zamanda onların sağ-salamat öz ailələrinə geri verilməsi üçün təcili tədbirlər görülməsi istənilib.

S.Xankişiyeva

Paylaş:
909

Son xəbərlər

“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00
Bütün xəbərlər