Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - YENİLƏNİB

18:44 - 03 / 09 / 2017
Qəbələdə baş verən meşə yanğınları yeni ərazilərə keçib - YENİLƏNİB

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

S.Xankişiyeva

15.14

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyiliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib ki, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən çox əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

S.Xankişiyeva

Paylaş:
1123

Son xəbərlər

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39
Bütün xəbərlər