Mehman Əliyev azadlığa buraxılıb
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb.
1news.az xəbər verir ki, Yasamal rayon məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.
M. Əliyev prosesdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.
Xatırladaq ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.
1news.az