Gəncədə ikiqat Azərbaycan çempionunu öldürən şəxs tutulub
Gəncədə kikboksinq üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovu öldürən şəxs tutulub.
1news.az-ın Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, bu, 32 yaşlı Anar Tağıyevdir. O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.
Qeyd edək ki, hadisə fevralın 20-də axşam saatlarında “Kəpəz” mehmanxanasının qarşısında baş verib.
E.Cəlilov maşınında oturarkən bir nəfər ona yaxınlşaraq atəş açıb. E.Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Onu da bildirək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkədə E.Cəlilovun ikiqat Azərbaycan çempionu olduğunu yazıb, onun ölümü ilə əlaqədar başsağlığı verib.
1news.az