Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb – FOTO – VİDEO – YENİLƏNİB

22:01 - 26 / 07 / 2016
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb – FOTO – VİDEO – YENİLƏNİB

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

1news.az-a Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində “Araz” zavodunun iki əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı Nuriyeva dünyasını dəyişib.

Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib.

1news.az

20.04 

Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.

Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.

1news.az

18.15

Müdafiə Sənayesi Nazirliyi Şirvandakı “Araz”  zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.

1news.az-a nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz”  zavodunda hadisə baş verib. Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.

Hadisənin səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.

1news.az

17.50 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.

1news.az xəbər verir ki, bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan təcili yardım maşınlarının hərəkətində ciddi problem yaranıb.

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

1news.az

16:38

26 iyul 2016-cı il tarixində saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib.

1news.az Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən məlumat veriləcək.

Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın.

1news.az

15:49

Şirvanda partlayış nəticəsində yanğın başlayıb.

1news.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

Qeyd edək ki, sosial şəbəkədə partlayışın Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda olduğu yazılıb.

Fakt araşdırılır.

Qeyd edək ki, “Araz” zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən “Uzaq rabitə” Elmi-İstehsalat Birliyinin filialı kimi “Uzaq rabitə” adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir. Zavodun əsas fəaliyyət istiqaməti müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalıdır.

1news.az

Paylaş:
2355

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər