Sevgilisi ərini parçalara ayıranda Lalə ona kömək edirdi – DƏHŞƏTLİ QƏTLİN YENİ TƏFƏRRÜATLARI | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisi ərini parçalara ayıranda Lalə ona kömək edirdi – DƏHŞƏTLİ QƏTLİN YENİ TƏFƏRRÜATLARI

14:40 - 22 / 09 / 2016
Sevgilisi ərini parçalara ayıranda Lalə ona kömək edirdi – DƏHŞƏTLİ QƏTLİN YENİ TƏFƏRRÜATLARI

 Ərini öldürməkdə təqsirləndirilən Lalə Mahmudova məhkəmədə gümrah görünür.

Tez-tez ifadələrini dəyişir, günahını boynuna almır. Bəzən isə onun baxışları donur, divarı, hakim və prokurorları keçərək harasa uzaqlara dikilir. Bu an o, nə düşünür? Bəlkə 2015-ci ilin sentyabr gecəsində sevgilisinin balta ilə hələ bədəni soyumamış ərini necə hissələrəayırdığını düşünür.

Bu an divarın o biri tərəfində onların övladları hər şeydən xəbərsiz halda yatırdılar. Onlar bilmirdilər ki, ataları öldürülüb, bunun səbəkarlarından biri də analarıdır. Lalənin məhkəmədəki davranışları onun heç də peşman olduğunu göstərmir...

...Qanlı Bakı dramının tarixi cəmiyyət arasında geniş rezonans doğurdu. Dəri-zöhrəvi dispanserinin 40 yaşlı tibb bacısı Lalə Mahmudova və sevgilisi zərgərlik mağazasının sahibi Sədi Məmmədov əlbir olaraq ərini - biznesmen 39 yaşlı Kamran Mahmudovu qətlə yetirdikdən sonra parçalara ayrırıblar.

Sədi Məmmədovun ifadələrinə görə, 2015-ci il sentyabr 25-də Lalə Kamranın yatmağa hazırlaşdığını və yuxuya gedəndə mənə xəbər verəcəyini dedi:

“Maşına oturub, onların evinin yanına gəldim. Gecə saatları idi, silah və dəmir kəsən mişarı özümlə götürmüşdüm. Lalə ərinin yuxuya getdiyini yazdı. 4-cü mərtəbə qalırdılar. Qalxdım yuxarı. Lalə Kamranın yatdığı otağı mənə göstərib, özü mətbəxə keçdi. Kamran yuxudaydı. Başına bir atəş açdım. Otaqdan çıxıb Laləyə “vsyo” dedim. Lalə mətbəxdən sellofan verdi ki, Kamranın qanı yatağa dağılmasın. Öldüyünə tam əmin olmaq üçün ikinci atəşi də açdım. Xırıltısı tam kəsildi.  Bundan sonra birlikdə otağa girdik. Kamran elə əvvəlki kimi üzü üstə tərpənməz uzanıqlı idi, yastığın qırmızı rəngli üzü qana bulaşmışdı. Kamranın meyitini Lalə ilə birlikdə hamam otağına apardıq. Mətbəx bıçağı və dəmirkəsən mişarla doğradıq. Hamısını torbalara yığıb,  maşına daşıdıq.

Kamranın telefonlarını sındırdıq. Lalə ilə sağollaşanda tapşırdım  ki, mənzili bir də nəzərdən keçirsin, birdən haradasa qan izi qala bilər, görsə onları təmizləsin. Həmin vaxt əynində olan paltarları da bulaşmışdı. Kamranın telefonlarını sındırıb evlərinin yaxınlığında olan zibil qabına atdım Saat 9 radələrində İsmayıllıya yola düşdüm. Qardaşıma zəng vurdum ki, Bakıdan ağac gətirirəm, orda yer qazsın. Təxminən 2 saat sonra kəndə çatdım. Ağac qazılan yeri bir az genişləndirdim və meyitin doğranmış hissələrini sellofan torbalardan ayıraraq həmin yerə tökdüm. Üstünü torpaqlayıb, xırda çınqıl tökdüm, sonra ocaq qaladım ki, iz itsin. Bakıya qayıtdım. Bir dəfə Lalə ilə görüşdüm. Ona özünü şübhəli aparmamağı tapşırdım. Sentyabrın 30-u günü Yasamal polisi məni saxladı, cinayəti etiraf etdim. Polislərlə birlikdə meyiti basdırdığım yerə gəldik”.

İş üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatında baxılır. Təqsirləndirilənlər – Lalə və Sədi məhkəmədə tez-tez ifadələrini dəyişirlər. Bununla belə, hadisədən bir il ötməsinə baxmayaraq cinayətlə bağlı yeni faktlar ortaya çıxır. Bütün bunlara aydınlıq gətirmək üçün 1news.az-ın müxbiri bu faciəyə başqa istiqamətdəndən baxan K.Mahmudovun bacısı Səbinə Ələkbərova və qardaşı Elçin Mahmudovla söhbət etdi.

“Kamran haqda yalnız xoş sözlər deyə bilərəm. O, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirb. Atamız tez yaşda vəfat etdiyi üçün o, erkən yaşda işləməyə başladı. Kamran nə siqaret çəkərdi, nə içki içərdi, Allah adamı idi. Nərimanov rayonundakı ərzaq mağazasında çalışırdı, pis də qazanmırdı. Anamız üç il öncə vəfat edib. Kamranın ailəsi Yasamal rayonundakı İzmir parkı yaxınlığında yaşayırdılar. Bu evi o, evlənmədən öncə almışdı (elə bu evdə cinayət baş verib). Ən başlıcası isə, Kamran yaxşı oğul, yaxşı ata və yaxşı qardaş idi”, - deyə bacısı Səbinə Ələkbərova qeyd edib.

Həmçinin o, Kamran və Lalənin sevgi tarixini də bizimlə bölüşdü:

“Lalə ilə onu anam tanış etmişdi. Onlar evləndilər və Lalə ilə birlikdə 15 il yaşadılar. Qətlə qədər onun haqda pis nəsə deyə bilmərəm. Kamran isə həmişə deyərdi ki, kişi bir dəfə evlənər. Lalə üçün heç nəyi məhdudlaşdırmamışdı – o, istədiyini alırdı və istədiyi kimi geyinirdi. Buna görə də onlar yaxşı yaşayırdılar. Lakin son zamanlar ailədə problemlər yaranmışdı”...

İlk baxışda nümunəvi, iki oğul anası olan Laləni ərini bu cür vəhşicəsinə öldürməyə nə vadar etdi?

S.Ələkbərova hadisəyə Lalənin gizli sevgi yaşadığı prizmadan baxaraq bildirdi:

“Onlar 2010-cu ildən tanış olmuşdular. O, qadın hesabına yaşayanlardandır. Baxmayaraq ki, evli idi Lalə ilə görüşürdü. Lalə isə qızıl-zinət əşyalarını çox sevirdi. Kamran Lalənin gizli əlaqələrini bilməsə də, son zamanlar şübhələnməyə başlayır. Ailədə gərginlik evdən 12 min manat yoxa çıxanda başladı. Ertəsi gün Lalə istirahətə getdi. Kamran Lalənin bu hərəkətindən hiddətləndi. Axı Kamran ona heç nədə etiraz etmirdi. 7 il öncə ona maşın aldı. Köhnəni satmadan faciədən 2 ay öncə yeni maşın aldı”.  

Burada bir qədər haşiyəyə çıxamaq lazımdır. İndi məhkəmədə Lalə qətli tamamilə inkar edir. Bununla belə istər istintaq, istərsə də mərhumun qohumları hadisənin Lalə tərəfindən törədildiyini qeyd edirlər.

“Kamran 1.80 boyunda hünür və cüssəli idi. Sədi onu satqıncasına, yatarkən, əvvəlcədən silahlanaraq öldürdü. Yoxsa o, Kamranla bacara bilməzdi. Lalə günahını inkar etsə də, Sədi Kamranın meyitini tək daşıya bilməzdi. Belə ki, ötən il Kamran yol qəzasına düşmüşdü və əməliyyat zamanı ayağına dəmir qoyulmuşdu. Ayağındakı dəmirlə onu qaldırmaq daha da çətin idi. Qətl hadisəsindən sonra Lalə Kamranın bütün şalvarlarını kəsərək guya onun vəhhabi olmaduğunu və Suriyada döyüşə getdiyini bildirdi”, - deyə Səbinə xanım bildirdi. 

Mərhuumun qardaşı Elçin Mahmudov bildirir ki, ictimaiyyətdən bəzi faktlar gizlədilir:

“Məhkəmədə Lalə hər şeyi inkar edir. Onun sözlərinə görə, Sədi Kamranı tək öldürüb və tək parçalara ayırıb, maşına yükləyib, daha sonra Laləyə xəbər verib. Səid isə deyir ki, Kamranı öldürmək istəməyib, hər şey qəfil baş verib. Sual olunur, o zaman nə üçün silahla gəldin? Deyim ki, bu hadisədə Sədinin qardaşı Əli və Lalənin anası Tacirənin də əli var. Belə ki, onlar hər şeyi bilir və susurdular. İndi isə vəkillərin sözü ilə Lalə və Sədi ifadələrini dəyişirlər”.

...Suallardan təəccüblənən məhkəmə kürsüsündə əyləşən Lalə və Sədi başa düşürlər ki, ən qorxunc hökmlərini – o qaranlıq gecədə qətl törətdikdən sonra meyiti parçalara ayıraraq alıblar. Onlar normal insan olmaqdan uzaqlaşıblar artıq. Qətli bağışlamaq olmaz. Bu cür qətli isə nə anlamaq, nə də bağışlamaq olmur. Lakin son qərarı məhkəmə verəcək. Mərhumun qohumları inanırlar ki, məhkəmənin hökmü sərt olacaq. Lakin təqsirləndirilənlərin davranışı göstərir ki, onlar bu gecəni ömürləri boyu unutmayacaqlar.

Təəsssüf ki, sonrakı peşmançılıq fayda verməz...

Mövzu ilə əlaqədar oxuyun:

Sevgilisiylə birləşib ərini öldürən qadın: Kamranı öldürüb, qovuşmaq istəyirdik – DƏHŞƏTLİ QƏTLİN TARİXÇƏSİ - FOTO

1news.az

Paylaş:
4869

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər