А320 təyyarəsini girov götürən şəxs saxlanıldı -FOTO-VİDEO-YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Dünya

А320 təyyarəsini girov götürən şəxs saxlanıldı -FOTO-VİDEO-YENİLƏNMƏ

16:03 - 29 / 03 / 2016
А320 təyyarəsini girov götürən şəxs saxlanıldı -FOTO-VİDEO-YENİLƏNMƏ

А320 təyyarəsini girov götürən şəxs Kiprin Larnaki aeroportunda saxlanılıb, bu haqda Kiprin “Siqma” telekanalı məlumat yayır.

Məlumata görə, şübhəli şəxsdə partlayıcı maddə olmayıb və o, həbs olunub.

Girov götürən şəxs haqda məlumatı Kipr hökumətinin nümayəndəsi Nikos Xristodulidis təsdiq edib.

RİA Novosti

15:59

А320-nin pilotu kabinənin pəncərəsindən keçərək təyyarəni tərk edib - FOTO-VİDEO-YENİLƏNMƏ 

Kirp televiziyası məlumat verir ki, А320 təyyarəsinin ekipajı azad olunub, göyərtədə sadəcə 3 sərnişin qalıb.

Girov götürülmüş А320 təyyarəsinin pilotlarından biri kabinənin pəncərəsindən keçərək təyyarəni tərk edib.

Həmçinin Kipr TV göstərir ki, aeroport silahla təchiz edilmiş 20 xüsusi təyinatlılar və zirehli nəqliyyatla əhatə olunub.  

RİA Novosti

15:37

А320 təyyarəsini girov götürərək Kiprin Larnak şəhərində eniş edən şəxs göyərtənin yanacaqla doldurularaq Türkiyə uçmaq niyyətindir. 

Bu haqda “Sky News Arabia” telakanalı “EgyptAir” aviaşirkətinin mənbəsinə istinadla məlumat verir.

Qeyd edək ki, girov götürülmüş təyyarənin göyərtəsində 8-9 nəfər, həmçinin ekipaj üzvü və bir neçə əcnəbi hələ də saxlanılır.

RİA Novosti

15:05

Misirə məxsus girov götürülmüş А320 təyyarəsində olan İtaliya vətəndaşı azad olunub, bu haqda “askanews” agentliyi İtaliya XİN-in məlumatına istinadla xəbər verir.

Daha əvvəl qeyd edilmişdi ki, azad olunmuş girovlar arasında göyərtədə bir nəfər İtaliya vətəndaşı da olub.

“Ansa” agentliyi həmçinin İtaliya XİN-in məlumatına istinadla bildirir ki, azad olunmuş girovun adı Andrea Biancettidir.

Xatırladaq ki, çərşənbə axşamı “EgyptAir” aviaşirkətinə məxsus təyyarə İsgəndəriyyədən Qahirəyə uçuş zamanı ələ keçirilib. Təyyarəni girov götürən bir şəxsdir. Hazırda təyyarə Kipr hava limanında xüsusi təcrid edilmiş sahədə yerləşir.

Həmçinin qeyd olunur ki, o, girovlardan bəzilərini azad edib və hazırda onunla Misir pilotu vasitəsilə danışıqlar aparılır.

RİA Novosti 

12:59

Misir təyyarəsini qaçırdığı ehtimal olunan Amerika universitetinin professoru İbrahim Samaxın həyat yoldaşı Misirin “ON-TV” telekanalında ərinin təyyarəni qaçırdığını inkar edib.

O bildirib ki, əri heç vaxt Kiprdə olmayıb. Onun kiprli keçmiş arvadı da yoxdur.

Qadıb qeyd edib ki, KİV-lərdə fotosu yayılan şəxs onun  əri deyil. Onun sözlərinə görə əri İbrahim Samax girovlarla birlikdə təyyarəni tərk edib.

RİA Novosti

12:59

Kipr prezidenti Nikos Anastasiadis bəyan edib ki, misir təyyarəsinin qaçırılması terror aktı olmayıb.

“Hər zaman hər şey qadınlarla əlaqədardır”-  Nikos Anastasiadis deyib.

A320 misir təyyatəsini qaçıran şəxsin Kiprdə münasibətdə olduğu xanımla görüşü təşkil olunub. Görüş üçün xanım Larnaka hava limanına gətirilib.

1news.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda yunan KİV-i məlumat yayıb.

Qeyd olunur ki, təyyarəni qaçıran şəxs keçmiş həyat yoldaşı kiprli xanımla görüşməyi tələb edib.

Polis artıq həmin xanımı –Marina Parasxunu tapıb və hava limanına gətirib.

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Təyyarə Kiprin Larnaka hava limanında yerə enib.

12:35

“EgyptAir” aviaşirkətinə məxsus girov götürülmüş Misir təyyarəsinin bütün sərnişinləri azad edilib, bu haqda RİA Novosti məlumat verir.

Bu haqda Avropa Parlamentinin sədri Martin Şulç Kiprin prezidenti Nikos Anastasiadla birgə mətbuat konfransı zamanı bəyan edib.

“Təyyarənin bütün sərnişinləri Larnaki aeroportunda azad olunub. Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - Şulç bildirib.

Xatırladaq ki, “EgyptAir” aviaşirkətinə məxsus təyyarə bu gün MS181 reysi ilə İsgəndəriyyədən Qahirəyə uçuş zamanı ələ keçirilib və Kiprin Larnaki hava limanında məcburi eniş edib. Müxtəlif versiyalara görə təyyarənin göyərtəsində 55-80 nəfər arası sərnişin olub.

Təyyarəni qaçıran bir şəxsdir. “EgyptAir”aviaşirkətinin Twitter hesabında təsdiq edib ki, girov görütən terrorçu təyyarəni partlatmaqla sərnişinləri təhdid edib.

Hazırda təyyarə Kipr hava limanında xüsusi təcrid edilmiş sahədə yerləşir.

Həmçinin qeyd olunur ki, İsrail qırıcıları da Misir təyyarəsinin ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün havaya qaldırılıb.

12:17

“EgyptAir” aviaşirkətinə məxsus təyyarəni girov götürən şəxs İstanbula uçmağı tələb edib.

Bu haqda “TheIndependent” məlumatyayıb.

Xatırladaq ki, səhər naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan sərnişin təyyarəsini girov götürüb.

Son məlumatlara görə, təyyarədəki əcnəbilər və ekipaj üzvü istisna olmaqla, bütün sərnişinlər azad olunub.

Gazeta.Ru

12:14

Egypt Air aviaşirkətinin təyyarəsi bu gün MS181 reysi ilə İsgəndəriyyədən Qahirəyə uçuş zamanı ələ keçirilib və Kiprin Larnaki hava limanında məcburi eniş edib. Müxtəlif versiyalara görə təyyarənin göyərtəsində 55-80 nəfər arası insan var.

Təyyarəni qaçıran bir şəxsdir. Egypt Air Tvetter hesabında təsdiq edib ki, girov görütən tərrorçu təyyarəni partlatmaqla insanları təhdid  edib.

Hazırda təyyarə Kipr hava limanında xüsusi sahədə yerləşir. Kipr hökuməti layneri ələ keçirən şəxslə danışıqlar aparır.

Ən son məlumatlara görə terrorçu 4 nəfər xarici vətəndaş və ekipaj üzvlərindən başqa təyyarənin bütün misirli sərnişinlərini azad edib.

İsrail qırıcıları da misir təyyarəsinin ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün  havaya qaldırılıb.

12:04

Misir təyyarəsini qaçıranın adı məlum oldu

Misir təyyarəsini qaçıran şəxsin misir vətəndaşı İbrahim Samah olduğu açıqlandı.

Daha əvvəl təyyarəni qaşıran Larnak hava limanından polis qüvvələrini uzaqlaşdırmağı tələb etmişdi.

11:59

İsrail qırıcıları girov götürülmüş Misir təyyarəsinin ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün hava hücumuna hazır vəziyyətə gətirilib.

Bu haqda yerli televiziyanın İkinci kanalı məlumat yayıb.

“BBC təyyarələri Misir laynerinin İsrailin hava məkanına daxil olub-olmadığından əmin olmaq üçün havaya qaldırılıb”, - telekanal məlumat yayıb.

RİA Novosti

11:45

Təyyarəni girov götürənlə danışıqlardan sonraekipaj üzvü və 4 əcnəbi istisna olmaqla bütün sərnişinlər azad olunublar.

Bu haqda “EgyptAir” şirkətinin Twitter səhifəsində qeyd edilib.

Misirin Aviasiya Nazirliyi təsdiq edib ki, girov götürülən təyyarədən 4 əcnəbidən başqa bütün sərnişinlər azad olunub.

11:20

Misirin Egyptair aviaşirkətinin təyyarəsini ələ keçirən naməlum şəxs Misir vətəndaşlarına layneri tərk etməyə icazə verib.

1news.az-ın məlumatına görə, Frans Press agentliyi yerli TV-yə istinadən xəbər verib.

Daha əvvəl verilən məlumata görə təyyarəni qaçıranlar ancaq misirli qadınları və uşaqların layneri tərk edə biləcəyini bildirib. 

Sky News-un məlumatına görə 20 nəfət təyyarəni tərk edib.

Xatıladaq ki, Misir aviaşirkətindən polisə düaxil olan məlumata görə 08.30 radələrində təyyarə  qaçırıldığı haqqında məlumat verilib. İlkin məlumatlara görə təyyarədə 81 sərnişin var. Lakin mənbələr bildirir ki, İsgəndəriyyədən Qahirəyə uçarkən təyyarədə 60 nəfər var imiş.

1news.az

11:08

Kiprin Larnaki hava limanı bağlanıb, təyyarələr eniş üçün Pafosa və qonşu ölkələrin aeroportlarına yönəldilir.

Misirin Aviasiya Naziriliyi xəbər verir ki, Kipr hökuməti təyyarəni girov götürənlərlə bağlı danışıqlar aparırlar.

Hazırda təyyarə aeroportun xüsusi təcrid olunmuş ərazisində yerləşir, Kipr KİV-i məlumat verir.

1news.az

11:04

“EgyptAir” aviaşirkəti İsgəndəriyyədən Qahirəyə uçan və Kiprin Larnaka aeroportunda eniş edən təyyarənin girov götürülməsini təsdiq edib.

1news.az-ın Gazeta.Ru-ya istinadla verdiyi xəbərə görə, bu haqda aviaşirkətin Twitter səhifəsində qeyd olunub.

Daha əvvəl Qahirənin xarici işlər naziri təyyarənin girov götürülməsilə bağlı məlumatı təsdiq etmişdi.

Xatırladaq ki, səhər naməlum şəxslər tərəfindən İsgəndəriyyədənQahirəyə uçan sərnişin təyyarəsi girov götürülüb. Müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 55 nəfər, həmçinin 7 nəfər də ekipaj üzvü olub.

1news.az

10:49

Nəməlum şəxslər tərəfindən girov götürülən A-320 sərnişin təyyarəsi Kiprin Larnak aeroportunda eniş edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda Reyter agentliyi yerli KİV-ə istinadla məlumat yayıb.

İsgəndəriyyə-Qahirə marşrutu üzrə uçan təyyarənin göyərtəsində 81 nəfər var.

KİV-in məlumatına görə, təyyarəni girov götürən şəxslər misirli qadın və uşaqları azad etməyə icazə verəcəklər.

1news.az

10:38

Qahirədən İsgəndəriyyəyə uçan “EgyptAir” təyyarəsi girov götürülüb.

1news.az-ın meduza-ya istinadla verdiyi xəbərə görə, bu haqda aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Təyyarəni girov götürənlər Kirpin Larnaka aeroportuna eniş etməyi tələb ediblər. BBC News-un məlumatına görə, təyyarə Larnakda eniş edə bilib.

Təyyarəni kimlər tərəfindən girov götürülməsi və onların tələb olaraq nə istədikləri barədə hələlik heç bir məlumat yoxdur.

1news.az

Paylaş:
946

Son xəbərlər

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51
Bütün xəbərlər