Ermənilərin atdığı top mərmilərinin bir neçəsi Cənubi Azərbaycan ərazisinə düşüb-VİDEO
Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.
1news.az xəbər verir ki, Bununla bağlı video YouTube-de yerləşdirilib. Hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb.
Ermənilərin bunu qəsdən, yoxsa təsadüfən etdiyi məlum deyil, amma onların İranı ərazisini Azərbaycanla yanlış salmayacaqları dəqiqdir.
Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.
İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.
İranın Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.
1news.az