Almatıda həlak olanların sayı 5 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Almatıda həlak olanların sayı 5 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

21:17 - 18 / 07 / 2016
Almatıda həlak olanların sayı 5 nəfərə çatıb – FOTO – VİDEO – YENİLƏNİB

Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb. Onlardan 3-ü polis əməkdaşı 2-si isə mülki şəxsdir.

Bu barədə terrorla mübarizə üzrə Almatı şəhər operativ qərargahının rəsmi nümayəndəsi Səltənət Azirbek brifinqdə bildirib.

Onun məlumatına əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əməliyyat zamanı o, müqavimət göstərsə də hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

“Hadisələri bir nəfər həyata keçirib. Hazırda bütün şübhəlilər yoxlanılır. Axtarış zamanı onun üzərindən bir neçə silah aşkarlanıb”,- deyə Azirbek qeyd edib.

1news.az

15.49

Almata sakinləri-avtomobil həvəskarları sosial şəbəkələrdə iyulun 18-də avtomatla silahlanaraq baş vermiş hadisənin ehtimal edilən iştiakçısının videolarını paylaşıb.

Videolardan birində qadın sürücüyə tərəf istiqamətlənmiş avtomatlı kişi qeydə alıb. Ola bilsin ki, kişi onu saxlamaq istəyirmiş. Lakin qadın heç nə olmamış kimi yoluna davam edir. Videoda hadisə baş verən tarix və zaman da qeyd olunub – saat 11.01, iyulun 18-i, bu haqda Forbes.kz məlumat yayır.

Bundan bir neçə dəqiqə əvvəl digər videoqeydiyyatçı Abay prospekti ilə irəliləyən əli silahlı kişini lentə alıb.

1news.az

14.00

Atışma nəticəsində 3 polis əməkdaşı və silahlıların ələ keçirməyə çalışdığı minik avtomobilinin sürücüsü həlak olub.

Daha əvvəl həlak olan 3 nəfər haqda məlumat verilmişdi. Məlumdur ki, yeddi hüquq-mühafizə əməkdaşı yaralanıb. Polis əməkdaşları hücum edənin şəxsiyyətini müəyyən edib. Bu, daha əvvəllər məhkum olmuş 27 yaşlı Qızılorda sakinidir.

Xatırladaq ki, bu səhər naməlum kişi Almatanın rayon bölməsinin polis əməkdaşlarına atəş açıb. Hüquq-mühafizə orqanlarına atəş açandan sonra o, polislərin silahını götürərək qaçıb. Cinayətkarı yaxalayarkən atışma nəticəsində daha iki polis əməkdaşı da həlak olub. Xəstəxanalara çatdırılan digər yaralıları qorumaq üçün xüsusi təyinatlılar yerləşdirilib.

İlkin ehtimala görə, cani ekstemist dini cərəyanın üzvüdür.

1news.az        

12.59

Almatanın Daxili İşlər Nazirliyinin rayon bölməsində insanlara atəş açan cinayətkarın saxlanılma anı videokadrlara düşüb.

Silahlı şəxs 3 nəfəri, bunlardan ikisi polis əməkdaşıdır, eləcə də daha iki nəfəri yaralayıb. Bu haqda Ren TV məlumat yayır.

Polisin məlumatına görə, atışma təkcə Almatanın polis rayon şöbələrində baş verməyib. Silahlı şəxs küçədə hərəkət edərək atəş açır.

“Ehtimala görə, həmin şəxs qeyri-ənənəvi dini cərəyan nümayəndəsidir”.

Almatada terrorizmlə mübarizə qərargahından bildirilib ki, hücumedənlərdən bir nəfəri saxlanılıb, digərini isə polis axtarır:

“Bütün şəhər üzrə “Saxlanılma” xüsusi planı həyata keçirilir. Polis əməkdaşları arasında həlak olnallar var. Hücumedənlərdən biri saxlanılıb, digəri isə axtarışdadır”.

1news.az

11.32

Almatada polis bölməsinə hücum nəticəsində ən azı bir polis əməkdaşı həlak olub.

Bu haqda 1news.az RİA Novosti-yə istinadla xəbər verir.                                                 

Məlumata görə, hücum edənlər bir neçə nəfər olub. Atışma Almatanın bir neçə rayonunda baş verib. Cinayətkarlardan bir nəfər artıq saxlanılıb. Şəhərdə antiterror əməliyyatı həyata keçirilir.

Polisdən həmçinin bildirilib ki, şəhərdə “qırmızı” hədd – ən yüksək terror təhlükəsi tətbiq edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, bütün hücumların obyekti polis bölmələri olub. 

KİV həmçinin tibb məntəqələrinə istinadla bildirir ki, xəstəxanalara 5 yaralı yerləşdirilib.

Xəsarət alanlar haqda daha ətraflı məlumatlar dəqiqləşdirilir.

1news.az

Paylaş:
1476

Son xəbərlər

Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45
Bütün xəbərlər