Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

23:28 - 19 / 07 / 2016
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Barak Obama arasında telefon danışığı olub.

1news.az-ın məlumatına görə, prezidentlər iyulun 15-də Türkiyədə bir qrup hərbiçinin dövlət çevrilişinə cəhd etməsi səbəbindən bu ölkədə yaranmış vəziyyəti müzakirə ediblər.

Rəsmi məlumata görə, ABŞ prezidenti hərbi çevrilişə cəhdi pislədiyini, demokratiyanı dəstəklədiyini, hadisənin araşdırmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Bundan başqa dövlət başçıları Fətulah Gülənin ekstradisiyası ilə bağlı məsələ ətrafında da danışaraq, onun Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər.

1news.az

 

Paylaş:
959

Son xəbərlər

Bütün xəbərlər