Bayden Türkiyədə səfərdədir
ABŞ-ın vitse-prezidenti Co Bayden bir qədər əvvəl Ankaraya gəlib, bu haqda NTV kanalı xəbər yayıb.
İlk olaraq Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək C.Bayden daha sonra ölkənin Baş naziri Binəli Yıldırımla görüşəcək. O, prezident sarayında Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələsi və ikitərəfli əlaqələrin perspektivi olacaq.
Daha əvvəl Ağ Ev bəyan etmişdi ki, Türkiyənin Qaziantep bölgəsində toyda baş verən terror aktını qınayır. Və əlavə etmişdi ki, Co Baydenin Türkiyəyə səfəri zamanı terrorla mübarizə məsələləri müzakirə olunacaq.
Gazeta.Ru
1028