Bu gün ABŞ-da prezident seçkiləri keçirilir
Bu gün ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.
1news.az-ın məlumatına görə, prezidentlik uğrunda iki əsas namizəd – Demokratlar Partiyasından Hillari Klinton və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparacaqlar.
Reuters agentliyinin və “İpsos” araşdırma şirkətinin gəldiyi nəticəyə görə, seçkilərdə 90% ehtimalla Demokrat pariyasından olan namizəd Hillari Klinton qalib gələcək.
Araşdırmanın nəticələri onu göstərir ki, qalibiyyət üçün seçicilər kollegiyasının 270 səsi lazım olduğu halda Klinton 303, onun rəqibi Donald Tramp isə 235 səs sahibi olacaq.
Son sorğu onu da göstərib ki, respondentlərin 45% Klitntonu, 42% isə onun rəqibi Trampı dəstəkləyir.
Reuters-in proqnozuna görə, əgər Tramp Pensilvaniya, Miçiqan və Florida ştatlarından heç olmasa ikisində məğlub olsa, bu böyük ehtimalla Klintona qalibiyyət təmin edəcək.
1news.az