İŞİD Mançesterdəki terrora görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror qruplaşması İngiltərənin Mançester şəhərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Mançester polisi də hadisəni terror aktı kimi dəyərləndirib.
İraqın “Əhbar İraq” internet portalının yaydığı məlumata görə, müvafiq videoları terrorçular sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Mançesterdə konsertdə partlayış: Çox sayda ölən və yaralanan var – FOTO – VİDEO
Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb
S.Xankişiyeva