Səssiz soyqırım: Myanma – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Səssiz soyqırım: Myanma – FOTO – VİDEO

11:00 - 05 / 09 / 2017
Səssiz soyqırım: Myanma – FOTO – VİDEO

Dünyanın bir çox ölkələrində müsəlamanlara qarşı soyqırım və kütləvi qətl hadisəsi həyata keçirirlir. Belə soyrımlardan biri də son günlərin ən çox müzakirə mövzusu olan Myanmada baş verir.

Belə ki, Myanmada may ayının sonlarından etibarən müsəlmanlara qarşı xüsusi amansızlıq tətbiq edilir. Müxtəlif informasiya agentliklərinin məlumatlarında Arakan bölgəsindəki Rohinca müsəlmanların qətlə yetirildiyi, hətta diri-diri yandırıldığı bildirilir. Bu qətliama isə dünya ictimaiyyətinin diqqəti “yox” dərəcəsindədir.

Bir neçə gün öncə "Amnesty International" təşkilatının Myanmada müsəlmanlara qarşı törədilən cinayətlər barədə açıqlama verməsi də orada baş verənlərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Təşkilat bildirib ki, Myanmada baş verən cinayətlər birbaşa müsəlmanlara qarşı törədilir, bu cinayətlərin günahkarı isə həm ölkənin təhlükəsizlik qüvvələri, həm də yerli buddistlərdir.

Myanmada baş verənlərlə əlaqədar olaraq, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İkmələddin İhsanoğlu Misir səfəri çərçivəsində Myanmada baş verən qətliama da diqqət ayırdığını, oradakı cinayətlərin dayandırılması üçün Myanma hökumətinə hücumları dayandırması və müsəlmanlara kömək etməsi üçün təzyiq edəcəyini söyləyib.

Dünya ictimaiyyəti, xüsusən də ABŞ və Qərb ölkələri isə baş verməkdə olan bu cinayətlər barədə heç nə danışmır. Qərb mətbuatı ötəri xəbərlərlə kifayətlənir. Digər maraqlı məlumat budur ki, Myanmada baş verən qətliamları əks etdirən demək olar ki, heç bir foto-video görüntülər yayılmayıb. Ekspertlər bunun bilərəkdən edildiyini, müsəlmanların başına gətirilən bu qətliamın dünyada əks-səda yaratmasının qarşısını alınması məqsədilə görüntülərin yayılmasına xüsusi maneələr yaradıldığını deyir.

Myanmadakı müsəlmanlara qarşı etnik təmizləmə

Kökləri 8-ci əsrə qədər gedib çıxan Rohinca müsəlmanları ingilislərin 18-ci əsrin sonlarına doğru bölgəni işğal etməsindən etibarən ilk dəfə ciddi sıxıntı və təzyiqlərlə qarşı-qarşıya gəldilər. Myanmanın 1947-ci ildə müstəqilliyini elan etməsi ilə bu çətinlik və təzyiqlər yeni vüsət aldı. Arakanlı müsəlmanlar mərkəzi hakimiyyət tərəfindən fasiləsiz olaraq hər cür ayrı-seçkilik, bərabərsizlik, hüquq pozuntuları, təzyiq və sanksiyalara məruz qaldılar.

Belə ki, bölgədəki müsəlmanlara qarşı etnik təmizləməni sürətləndirməyi və tamamlamağı hədəf alan ən qanlı əməliyyatlar 2012-ci ildən etibarən başlandı. Bu dəfə də müsəlmanların guya buddist qadına təcavüz etdiyinə dair yalan xəbərin milli media orqanlarında dəfələrlə yayımlanması ilə yerli irqçi buddistlər müsəlmanlara qarşı qızışdırıldı.

Həmin il müsəlmanlara qarşı həyata keçirilən təcavüz və hərbi əməliyyatlarda minlərlə ev, iş yeri və ibadətgahla birlikdə saysız-hesabsız müsəlman kəndi yandırıldı. Təkcə rəsmi rəqəmlərə görə, 5-10 min arasında müsəlman şəhid edildi. 100 minlərlə müsəlman yurdlarından didərgin düşdü. İşgəncə, təcavüz və digər insanlıqdan kənar əməllərin sayı belə bilinmir.

Sonrakı illərdə mərhələli olaraq artırılan zülm və dəhşət siyasətinin son dalğası kimi, 9 oktyabr 2016-cı ildə başladı. Myanmadakı hakim partiyanın lideri və defakto dövlət başçısı Aung San Suu Kyi isə bu fəlakətlərə biganə və laqeyd mövqe nümayiş etdirir. Nobel Sülh mükafatlı Suu Kyi normalda bu zülm və qırğınlara ən çox qarşı duran və təcili son qoymalı olan şəxs olduğu halda, Arakanda müsəlmanlara qarşı terror həyata keçirən hərbçiləri və irqçi buddistləri dəstəkləyir.

Suu Kyi regionda illərdir bütün dünyanın gözü önündə davam etdirilən insanlıqdan kənar əməliyyatların, vəhşilik və soyqırımın uydurma və şişirdilmiş iddialar olduğunu müdafiə edir. Ötən günlərdə Sinqapurda etdiyi çıxış zamanı Rohinca müsəlmanlarının vəziyyətini izah edən kağızı istehzalı tərzdə qəhqəhə ataraq oxuması da narahatlıq verici hadisə olaraq qəbul edildi.

S.Xankişiyeva

Paylaş:
1734

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər