Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib: 2 nəfər ölüb, 70-i xəsarət alıb - FOTO
Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda və Yunanıstanın Kos adasında hiss olunub.
Yunanıstanda binanın uçması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.
Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.
S.Xankişiyeva
950