MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - VİDEO

15:26 - 09 / 09 / 2016
MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - VİDEO

MFL Liqası qısa müddətli fasilədən sonra Azərbaycanın müxtəlif guşələrindən olan həvəskar futbol komandaları ilə yarışmaq üçün yenidən futbol həvəskarlarını meydanlara dəvət edir.

Sportbox.az-ın məlumatına görə, keçən yay müddətində artıq iki kubok turnirini keçirməklə yadda qalan MFL çoxdandır gözlənilən və bir neçə ay davam edəcək çempionata start verir.

Turnir bu ilin sentyabrında baş tutacaq.

Xatırlatmaq yerinə düşər ki, daha öncə keçirilən “Avro-2016” və “San Marino” kuboklarının qalibləri müvafiq olaraq Fransada keçirilmiş Avropa Çempionatının yarımfinal oyunu olan Uels – Portuqaliya matçını və AFFA-nın dəstəyi ilə milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gediblər. Bütün xərclər turnirin təşkilatçıları tərəfindən qarşılanıb.

Yeni turnir əvvəlki turnirlərdən formatına və keçirilmə müddətinə görə fərqlənir.

Komandalar hər birində 20 komanda olmaqla 4 konferensiyada mübarizə aparacaqlar. Onlar bir neçə ay müddətində play-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar, 1/8 final mərhələsindən başlayaraq isə 16 ən güclü komanda birinci yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, MFL Liqası yalnız həvəskar futbolçular üçün nəzərdə tutulub. Peşəkar futbolçuların turnirdə iştirakına icazə verilmir.

MFL-in Avro Kubokunun qalib komandası “Qaradağ-Lökbatan” 

Turnirdə iştirak etmək istəyən həvəskar komandalar 7-22 sentyabr tarixlərində www.mfl.az saytında qeydiyyatdan keçə bilərlər.

Orada, eləcə də MFL-in rəsmi Facebook səhifəsində çempionatın bütün qaydaları ilə tanış ola bilərsiniz.

Ətraflı məlumat almaq üçün müraciət edin:

Telefon: (+994) 055 263 73 12

E-mail: [email protected]

Turnir iştirakçılarını nə gözləyir?

Turnirin təşkilatçısı qeyd edir ki, birinci yerin qalibi əsas mükafatı – 10 000 manatı əldə edəcək.

Bundan əlavə, MFL Liqasında qalib komanda ölkəmizi Barselonada həvəskar komandalar arasında keçiriləcək çempionatda təmsil edəcək. Bütün xərcləri MFL qarşılayacaq.

Eləcə də, il boyu “MFL Liqa”sı iştirakçıları arasında yerli və əcnəbi futbol ulduzları ilə görüş keçiriləcək.

Həmçinin, 4-cü konferensiyalardan hər bir ən güclü komandalar müxtəlif qiymətli hədiyyələr qazanacaq. Bu haqda məlumatlar yaxın günlərdə diqqətinizə çatdırılacaq.

“San Marino” Kubokunun qalibləri Juventus Baku komandası 

Bir sözlə, futbol həvəskarları üçün istər Vətəndə, istərsə də ölkədən kənarda rəqiblərinə öz imkanları göstərmək üçün bundan yaxşı hədiyyə ola bilərmi?

MFL Liqası məhz bu imkanları istənilən kəsə təqdim edir!

Qeyd edək ki, liqada iştirak etmək üçün komandalar 1000 AZN (bütün komandaya) təşkil edir.

Bununla yanaşı, brend və şirkətlərin adını daşıyan komandalar (məsələn: bank və ya şəbəkə operatoru və s.) 2000 AZN rüsum ödəməlidir və ya komandanın adı dəyişməlidir.

Xüsusi olaraq qeyd edirik ki, qeydiyyat rüsümu oyunlar üçün futbol meydanların icarəsini, hakimlərin xidmətini, eləcə də tibbi heyətin ödənişini özündə daşıyır.

Liqanın oyunları zamanı foto və video çəkilişlər həyata keçiriləcək, nəticə və statistika isə MFL-in saytında, eləcə də digər xəbər resurslarında və sosial şəbəkələrdə yerləşdiriləcək.

Xatırladaq ki, Mini Futbol Liqasının təşkilatçısı SMG (Sport Marketing Group) şirkətidir.

MFL çempionatına ev sahibliyini Bakı Olimpiya Stadionunda yerləşən Sportster kompleks həyata keçirir.  Liqa AFFA-nın dəstəyi ilə baş tutacaq.

Ətraflı məlumat üçün:

(+994) 055 263-73-12                        

[email protected]

Paylaş:
1680

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər