“MFL San-Marino Kuboku”-nun qalibi məlum oldu
Bu gün avqustun 22-si “MFL San-Marino Kuboku”-nun final görüşü baş tutub.
1news.az-ın verdiyi məlumata əsasən, final oyununda “AzFar” və “Juventus Baku” komandaları görüşüblər.
Gərgin keçən mübarizə 2-1 hesabı ilə “Juventus Baku” komandasının xeyrinə bitib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək.
“MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start başlayıb. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırılmışdı.
Turnir haqda ətraflı məlumatı buradan almaq olar.
“MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və “Sport Marketing Group” - SMG şirkətidir. Çempionatın əsas tərəfdaşı AFFA-dır. Oyunlara ev sahibliyini isə “Sportster” Kompleksi edir.
Nəzərinizə çatdıraq ki, ikinci “MFL Kuboku” başa çatdıqdan sonra tamhəcmli turnir başlayacaq ki, bu liqada həvəskar futbolçular 1 il ərzində ən güclü mini futbol komandası adı uğrunda mübarizə aparacaqlar.
1news.az