Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 mlrd. dollar kredit cəlb etmək niyyətindədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 mlrd. dollar kredit cəlb etmək niyyətindədir

09:33 - 28 / 01 / 2016
Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 mlrd. dollar kredit cəlb etmək niyyətindədir

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

1news.az xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Nümayəndə qeyd edib ki, BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə bu məsələnin müzakirə üçün görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.

1news.az

Paylaş:
1574

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər