SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ

19:50 - 12 / 01 / 2017
SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır. 

1news.az-ın verdiyi xəbərə görə, «SOCAR Capital» şirkətindən verilən məlumata görə, nominal məbləği 1000 dollar olan və illik gəlirliliyi  5% olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə ödəniləcək.

İlk faizlər yanvarın 17-dən ödənilir. Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. İstiqraz sahibləri bu pulları  istədikləri kimi istifadə edə, bank hesabında saxlaya, nağd  formada çıxara, o cümlədən yeni istiqraz ala bilərlər.

Həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

Bu il növbəti faiz ödənişləri 2017-ci ilin 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq.

SOCAR istiqrazlarının ən böyük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəyqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində  olmayan böyük üstünlükdür.

Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999  qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.

1news.az

Paylaş:
1151

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər