Salonikidə “Trans-Adriatik” qaz boru kəmərinin təməli qoyulub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Salonikidə “Trans-Adriatik” qaz boru kəmərinin təməli qoyulub

19:31 - 17 / 05 / 2016
Salonikidə “Trans-Adriatik” qaz boru kəmərinin təməli qoyulub

Yunanıstanın baş naziri Aleksis Tsiprasın himayəsi ilə Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz kəməri layihəsinin (TAP) inşa edilməsinə start verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə BP, SOCAR, Snam, Fluxys, Enagas, Axpo şirkətlərinin rəhbərlər heyəti və Azərbaycan da daxil olmaqla 300 yaxın yüksək səviyyəli qonaqlar iştirak edib. Təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak ediblər.

Baş nazir A.Tsipras bildirib ki, Trans-Adriatik qaz kəmərinin inşa edilməsinin başlanması Yunanıstan iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmlənməsi, enerji mənbələrinin şaxələndirilməsi Yunanıstanın və Avropanın enerji strategiyasını təşkil etdiyini vurğulayıb. Layihənin geostrateji əhəmiyyətinə toxunan baş nazir, bu layihənin regionda əməkdaşlıq körpüsünə və firavanlığa gətirəcəyini bildirib.

TAP layihəsinin icraçı direktoru Yan Bradşou Avropa üçün strateji əhəmiyyət kəsb edən bu layihənin 2020-ci ildən başlayaraq Xəzər dənizindən qazın Avropaya nəqlini həyata keçirəcəyini qeyd edib. Direktor bildirib ki, əsas vəzifələr qazın vaxtında Avropa bazarına çatdırılması, qazı nəql edən və alan ölkələrin qarşılıqlı iqtisadi səmərələrin əldə etməsinə nail olmaqdır. O, layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi və Avropa enerji təchizatının inteqrasiyası və şaxələndirilməsinə yardım edəcəyini xüsusi vurğulayıb.

Yunanıstanın ekologiya və energetika naziri Panos Skourletis qlobal səviyyədə mühüm olan enerji layihəsinin anlayışından onun icrasına başlaması böyük uğur olduğunu deyib. Layihənin böyük səylər nəticəsində mümkün olduğunu və uzunmüddətli planları dəstəkləyəcəyini, Yunanıstanın digər ölkələrlə enerji inteqrasiyasının təmin edilməsində mühüm rol oynayacağını qeyd edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir.

TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

1news.az

 

Paylaş:
1602

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər