İlham Şaban: “Azərbaycanlıların Tehrandan aviareyslərlə Avropaya uçacağı zaman uzaq deyil...” | 1news.az | Xəbərlər
Köşə

İlham Şaban: “Azərbaycanlıların Tehrandan aviareyslərlə Avropaya uçacağı zaman uzaq deyil...”

13:24 - 19 / 01 / 2016
İlham Şaban: “Azərbaycanlıların Tehrandan aviareyslərlə Avropaya uçacağı zaman uzaq deyil...”

“İran üzərindən sanksiyaların qismən qaldırılması dünya bazarında enerjidaşıyıcılarına kəskin və qısa vaxtda təsir etməyəcək”.

Bunu  1news.az-a müsahibəsi zamanı Azərbaycan Respublikası  Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib.

Onun sözlərinə görə, İİR üzərindən sanksiyaların qismən qaldırılması ilə bağlı ajiotaj, gözlənildiyi kimi dünya bazarlarına təsir etdi, enerji daşıyıcılarının indeksləri düşdü.  Neft qiymətləri bu hadisədən dərhal sonra 1 barelə görə 28 dollara düşdü.

Bununla yanaşı etiraf etmək lazımdır ki, hazırda dünya bazarında birjalara daxil olan təzadlı xəbərlər, bir-birinə əks məlumatlara görə dəyişkənlik hökm sürür”,- deyə AR Neft araşdırmaları mərkəzinin direktoru bildirib.

Onun sözlərinə görə, qlobal neft bazarlarında 2 milyon barel neft təklifinə qarşı tələb aşağıdır. Bu da artıq qalan neftin alıcısını tapmaq problemini aktuallaşdırır.

“İndi hələ İran neftinin alıcısını tapmaq lazımdır”, - İ,Şaban qeyd edib ki, artıq ikinci ildir çox hasil olunan neft açıq dənizdə  barjalarda və ya limanlarda saxlanılır.

“Etiraf etmək lazımdır ki, dünya bazarına   sutka ərzində 500 min barel xam neft nəql etmək imkanı olan yeni oyunçu daxil olur. Bu arada iranlı məmurlar bu həcmi 6-7 aydan sonra sutkada 1milyon barelə qaldırmaq niyyətində olduqlarını bildiriblər”, - ekspert söyləyib.

Dünya bazarına İran neftinin çıxarılmasına OPEK-in reaksiyasına gəlincə, İ.Şaban bildirdi ki, hələ 2012-ci ildə İran İslam Respublikasına qarşı sanksiyalar sərtləşdiyi dövrdə bazardan İranın kvotası tamamilə yığışdırıldı və əvəzinə Səudiyyə Ərəbistanı dünya neft çəlləyini doldurmağa başladı”,- ekspert deyib.

“İndi isə İranın kvotasını geri qaytardılar. Tehran və Ər-Riyad arasındakı gizli mübarizəni nəzərə alaraq deyə bilərik ki, Səudiyyə Ərəbistanında neft hasilatının azaldılması  qərarının OPEK-in mart ayındakı konfransında qəbul olunacağını gözləmək olar”,- deyən ekspert  vurğulayıb ki, “hasilatın azaldığını kağız üzərində yazmaq ayrı, real olaraq həyata keçirmək tamam başqadır” .

“Bundan başqa iranlı məmurların qısa zamanda dünya neft bazarını dolduracaqları ilə bağlı bəyanatlar çox optimistcəsinə səslənir”.

“Neft hasilatının yüksəldilməsi, yeni yataqların işlənməsi, çətin əldə olunan məkanlardan hasilat həm də texnologiyaların olmasını, yəni investisiyaları tələb edir. Hətta İran məmurlarının özləri də etiraf edir ki, neft-qaz sahəsinə illik 30 milyard dollar investisiya yatırımı olmalıdır. Lakin xarici şirkətlər sığortalanacaqlarına qəti əmin olmadıqca investisiya yatırımı etməyəcəklər”,- deyə, ekspert söyləyib. “Cünki dünya neft şirkətləri İslam İnqilabı zamanı artıq bir dəfə bu hadisədən zərər çəkib”.

Həmçinin diqqətə çatdırıb ki, Tehran xarici şirkətlərlə “Məhsulların bölünməsi  haqqında razılıq” (Production Sharing Agreement)  imzalamamağa üstünlük verir və bu hal üçün yeni tip müqavilə forması tapıb. “Iranian Petroleum Contract” adlanan bu razılıq xarici investorların diqqətini  o qədər də cəlb etmir.    

“Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Tehranın dünya nef-qaz sənayesinin lider şirkətləri ilə münasibətlərinə bərpa etməsi ehtimalı azdır. Çox güman ki, ilk illərdə İran bazarına servis şirkətləri daha çox meyl edəcək”,- İ.Şanah hesab edir. Azərbaycan Dövlət Neft Fondunun (SOCAR) İranın hər hansı bir layihəsində iştirakı məsələsinə toxunan   AR Neft Araşdırmaları Mərkəzinin direktoru bildirib ki, xarici layihələrdə iştirak üçün sərbəst kapitalın olması va vacibdir. SOCAR-ın isə hazırda elə bir imkanı yoxdur.

Sanksiyaların dünya qaz bazarına təsiri məsələsindən danışan ekspert bildirib ki, “mavi yanacaq” bazarı neft bazarından kəskin şəkildə fərqlənir.

“ İran qaz bazarına ən azı növbəti 10 illikdən sonra, yəni 2020-ci ildən sonra təsir edə bilər”,- deyə ekspert söyləyib.

Bununla əlaqədar olaraq, o, diqqətini belə bir fakta yönəldib ki, Avropa bazarında qazın qiyməti min kub metrə görə 200 dollardan aşağıdır. Şirkətlərin “mavi yanacaq” sahəsinə investisiya etməsi sərfəli deyil.

Onun fikrincə, İran üçün ən uğurlu variant maye qaz (LNG) nəqlinə başlamasıdır. Baxmayaraq ki, LNG istehsalı da xərc tələb edən prosesdir.

Daha sonra ekspert ABŞ və Avropa şurasının İİR üzərindən beynəlxalq sanksiyaların qaldırılmasının Azərbaycana təsiri məsələsinə münasibət bildirib.

“İran üzərindən sanksiyaların qaldırılması Azərbaycan üçün sübhəsiz, müsbət məqamdır. İqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması hər bir dövlət üçün müsbət haldır”, - İ.Şaban əminliklə bildirdi.

Onun sözlərinə görə, İranın inkişafı Azərbaycan üçün bütövlükdə olduğu kimi, sadə azərbaycanlılar üçün də müsbət faktordur.

Bununla bağlı o, Gürcüstanla pararlel aparıb qeyd etdi ki, bir zamanlar orada da iqtisadi inkişaf sıçrayışı baş verdi. Bundan dərhal sonra ölkədə turizm və digər sahələr inkişaf etməyə başladı və bu Azərbaycanla olan iqtisadi münasibətlərə də təsir etdi. Azərbaycan vətəndaşları da istirahət üçün həmin məkanı seçdi.

“İran iqtisadiyyatı dəyişikliyə qarşı olduqca həssasdır. Əminəm ki, qısa zamanda iranlı istehsalçılar dünya bazarına rəqabətə davamlı məhsullar çıxara biləcək”,- deyə İ. Şabanov bildirib.

O, həmçinin, Tehranın Airbus tipli 114 təyyarə istehsal etməyə hazır olduğu haqqında bəyanatını xatırladıb.

“Yəni dünyanın ən böyük aviatikinti şirkəti yaxın zamanlarda yalnız İran üçün laynerlər hazırlayacaq. Bu o deməkdir ki, azərbaycanlıların hazırda Tibilisi marşrutunda olduğu kimi, Tehrandan aviareyslərlə Avropaya uçacağı zaman o qədər də uzaqda deyil.

1news.az

Paylaş:
2356

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər