Münhen konfransı: Prezident İlham Əliyevin səfərinə sözardı | 1news.az | Xəbərlər
Köşə

Münhen konfransı: Prezident İlham Əliyevin səfərinə sözardı

17:11 - 17 / 02 / 2016
Münhen konfransı: Prezident İlham Əliyevin səfərinə sözardı

Ötən həftə Almaniyada üç gün davam edən 52-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində günün aktual məsələləri – böhran, indiki və gələcək beynəlxalq təhlükəsizliklə bağlı çağırışlar müzakirə olundu.  

Beynəlxalq əhəmiyyətli tədbirdə böyük dövlətlərin başçıları, diplomatik nümayəndəliklərdən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri ilə bərabər, Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi.

Dövlət başçımızın bu cür mötəbər beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirakı dünya təhlükəsizliyi ilə bağlı vacib məsələlərdə Azərbaycanın fikrinin əhəmiyyətli hesab olunmasının göstəricisidir. Burada təəccüblü heç nə yoxdur. Belə ki,  Azərbaycan bilavasitə olaraq təhdidlərin, terrorizm və ölkə torpaqlarının işğal olunmasını öz təcrübəsindən bilir.  

Azərbaycan terrorizmlə mübarizədə fəal iştirak edərək bütün Avrasiya məkanında təhlükəsizliyin təmin olunmasını saxlayır. Azərbaycanlı sülhməramlılar Əfqanıstanda nümunəvi xidmət keçirlər. Ölkəmizin infrastrukturu beynəlxalq antiterror koalisiyalara lazımi yüklərin təchizatı üçün istifadə olunur. Bir sözlə, bütün bu faktorlar Azərbaycanın beynəlxalq münasibətlərdə subyekt kimi deyil, obyekt olmasının göstəricisidir.

Bununla belə, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırıb. Regional liderlik, iqtisadi və siyasi sabitlik, beynəlxalq terrorizmlə mübarizədə iştirak, Avropaya enerji təhülükəsizliyinin təminatında əsas mənbəy olaraq, eyni zamanda ticarət və nəqliyyat yollarının kəsişməsi bu cür görüşlərdə Azərbaycanın nüfuzunu daha da artırır.

Qeyd edək ki, konfrans çərçivəsində Prezidentin iş qrafiki olduqca zəngin idi.

Münhen Konfransının əsas müzakirə mövzusu – Avropada miqrasiya böhranı, Suriya müharibəsi və Avropanın gələcək təhlükəsizliyi, eyni zamanda paralel olaraq terrorizm, enerji təhlükəsizliyi, iqlim dəyişkənliyi və bir sıra məsələlər idi. Bununla yanaşı, konfrans zamanı müxtəlif mövzular ətrafında ikitərfli və çoxtərəfli tədbirlər də təşkil olundu.

Neftdən sonrakı dövr artıq başlandı

Konfransın açılışı günü Prezident İlham Əliyev “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak etdi.

Görüş zamanı neft hasil edən ölkələrə neftin qiymətinin təsiri ilə bağlı məsələlər müzakirə olundu.  

Prezident İlham Əliyev neft bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar qəti fikrini bildirdi. O, qeyd etdi ki, hazırki çağırışlara ölkə hazır deyildi, buna görə də hökumət ilkin olaraq zamanında balanslaşdırılmış vəziyyət yaratmalı oldu.

Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və ölkə infrastrukturuna sərmayələrin yatırılması ilə minimum itkilərlə yaranmış çətin vəziyyətdən çıxmaq mümkün oldu.   

Ölkə başçısı bəyan etdi ki, buna görə Azərbaycan hökumətinin növbəti illər üçün vəzifəsi ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik.

“Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq”, - Prezident İlham Əliyev bəyan etdi.

Eyni zamanda Prezident qeyd etdi ki, ölkənin inkişaf etməsi neftin qiymətindən asılı olmayaraq davam etməlidir və ölkəmizdə neftdən sonrakı dövr atrıq başlayıb.

“Qəti əminəm ki, növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, Azərbaycan neftdən asılılığı tamamilə aradan götürəcək. Qeyd etdiyim kimi, bu yaxınlarda neftin qiymətinin aşağı düşməsi səbəbindən Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanıb və biz dünya bazarında təkcə neft və qaz ixrac edən ölkə kimi yox, digər məhsulları ixrac edən ölkə kimi yerimizi tapmalıyıq”, - deyə İlham Əliyev vurğuladı.

Erməni təcavüzü – ekoloji təhlükəsizliyə təhdid kimi

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə də iştirak edib.

Neft qiymətlərinin kəskin düşməsi Azərbaycanın tərəfdaşları qarşısında öhdəliklərinə mane olmayıb. Buna şahidlik edən cəhətlərdən biri də “Cənub qaz dəhlizi”nin reallaşdırılmasının davam etməsidir. Dövlət başçısı da ona xüsusi nəzarət edir.

“Bu enerji təhlükəsizliyidir.Layihə təkcə mənbələrin deyil, həm də marşrutların saxələndirilməsini  nəzərdə tutur. Yalnız bizə- istehsalçı ölkəyə deyil, həm bütün tranzit və istifadəçi ölkələrə xeyir gətirəcək”,- İlham Əliyev deyib.

Müzakirələr zamanı dövlət başçısı diqqəti ona yönəldib ki, uzun illər davam edən erməni zorakılığı ölkənin inkişafı üçün neft qiymətlərindən daha böyük problem yaradır. Bu problem həm ekoloji, həm də enerji təhlükəsizliyi sahəsində özünü göstərir.

Prezident qeyd edib ki, ölkəmizə daxil olan su mənbələri qonşu ölkələrdə yerləşir.Bu da özü-özlüyündə təhlükə yaradır. Məsələn erməni təcavüzkarlığı nəticəsində meşələrin qırılması, su mənbələrinin çirkləndirilməsi kimi qanunsuzluqlar baş verir.

Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının müvafiq qətnaməsində deyilir ki, Ermənistanın Sərsəng su anbarını blokadada saxlaması nəticəsində Azərbaycan əhalisi ondan istifadə edə bilmir.

 Prezident AŞPA-da yaxınlarda qəbul olunmuş Sərsəng su anbarı ilə bağlı qətnaməyə diqqət yönəltdi.

“Yanvar ayında Avropa Şurasının qəbul etdiyi qətnamədə Ermənistan qonşu ölkələrin su təchizatında yaratdığı problemlərə görə tənqid olunur. Parlament assambleyasında çoxlarının leyhinə səs verdiyi bu qətnamədə insanlara zülm etməməyə çağırış var.  

Təəssüf ki, onlar Dağlıq Qarabağın de-fakto Azərbaycana məxsus olduğu zamanda  tikilən su anbarından indi insanlara problem yaratmaq üçün istifadə edirlər”,-İlham Əliyev bildirib.

Azərbaycan prezidentinin haqlı tənqidləri müzakirədə iştirak edən erməni nümayəndələrin reaksiyasına səbəb oldu. Hər zamankı kimi onlar yenə də Ermənistanın aqressiv siyasətinə haqq qazandırmağa çalışırdı.

“Biz etmənistanı işğalçılıqda günahlandırıq və bunu təkcə biz etmirik. Bunu yüksək beynəlxalq struktur -BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarında erməni silahlılarının çıxarılmasını tələb edir. Biz erməni xalqını deyil, Ermənistan hakimiyyətini Xocalıda törətdikləri söyqırımına görə ittiham edirik. Orada erməni vandalları günahsız insanları sadəcə azərbaycanlı olduqları üçün öldürmüşdü, bu soyqırım dünyanın 10-dan çox ölkəsində tanınıb.Biz Ermənistanı milyonlarla qaçqınlar və öz torpaqlarında  məcburi köçkünlərə çevrilən insanların əzablarına görə günahlandırırıq. 

Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhün olmasının yeganə şərti Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”,- deyən Azərbaycan dövlət başçısı vurğulayıb ki, yalnız bu halda münaqişə tərəfləri arasında güvən yarana bilər.

“Ermənistan istəyir ki, status-kvo dəyişməz qalsın. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə ilk addım torpaqların işğaldan azad olunmasıdır. Yalnız bundan sonra biz əməkdaşlığa başlaya bilərik”,- deyə, Prezident İlham Əliyev ona verilən sualı cavablandırıb.

Xatırladaq ki, konfrans çərçivəsində prezident başqa mühüm görüşlər də keçirib.

Əsasən dövlət başçısı Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələri üzrə komissarı Yohannes Hanla, Almaniya XİN başçısı Frank Mayer Ştaynmayer və AFR-in iqtisadiyyatın Şərq Komitəsinin sədri Volfqanq Byüxellə, kəşfiyyat üzrə ABŞ müdafiə nazirinin müavini Marsel Lettre ilə görüşüb.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin qlobal həcmli görüşlərdə iştirakı heç vaxt diqqətdən kənarda qalmır. Bunun səbəbi Azərbaycanın geosiyasi proseslərdəki rolu vəölkə başçımızın dünyadakı yüksək nüfuzu ilə əlaqədardır.

Məhz buna görə Azərbaycanın fikri bütün müzakirələrdə, həm energetika, terrorizm, yaxud beynəlxalq təhlükəsizlik məsələrində uyğun və yerində  səslənir.

Prezident İlham Əliyevin iştirak etdiyi Münhen konfransı da, daha əvvəl “Suriya və regiona dəstək” London konfransında olduğu kimi bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində tam olaraq özünü təsdiq edib. Bu isə təkcə ölkəmiz üçün deyil, həm də bütövlükdə region üçün müsbət faktdır.

1news.az

Paylaş:
1796

Sizin üçün xəbərlər

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər